Xəbərlər ::

DÜNYA :: Sarkisyan Azerbaycandan Putine şikayet etdi

08-09-2015 02:01

Moskvada Rusiya prezidenti Vladimir Putin ve Ermenistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi melumata göre, Rusiya prezidentinin Novo-Oqoryovadakı iqametgahında keçirilen görüşde ölke başçıları müxtelif sahelerde Rusiya-Ermenistan emekdaşlığının gelecek inkişafını, o cumleden Avrasiya mekanında qarşılıqlı inteqrasiya fealiyyetini müzakire edibler.

 

Vladimir Putin her iki ölke arasında münasibetlerin xüsusi xarakter daşıdığını söyleyib: "Bizim her zaman müzakire etmeye mövzumuz var. Rusiya-Ermenistan münasibetleri xüsusi xarakter daşıyır. Ermenistanın Avrasiya İqtisadi Birliyinı qoşulmasını, Kollektiv Tehlükesizlik Müqavilesi Teşkilatında iştirakını nezerde tuturam. Sizinle bu plan etrafında bir sıra meseleleri müzakire etmek isterdim".

 

V.Putin Rusiyanın Ermenistanın aparıcı ticaret-iqtisadi terefdaşı olduğunu da qeyd edib: "Keçen il 2013-cü ille müqayisede iki ölke arasında ticaret dövriyyesinin hecmi artıb. Lakin teessüfller olsun ki, bu ilin birinci yarısında ticaret dövriyyesinde azalma qeyde alınıb. Bu gün bu barede de danışacağıq. Burada müeyyen nüanslar var, hansı ki, mende bu suallara cavab hele ki yoxdur".

 

Serj Sarkisyan ise çıxışında ermeni ailesini öldüren rus esgerin mehkeme prosesinin Ermenistanda keçirilmesine göre Putine teşekkürünü bildirib: "Bu gün Energetika nazirliyi ile qazın qiymetinin 25 dollar aşağı salınması barede müqavile imzalandı. Ermenistana 200 milyon dollar deyerinde kredit ayrılması barede müqavile imzalandı, hansı ki, Ermenistan silahlı qüvvelerine herbi arsenalının yenilenmesine imkan verecek. Ermenistandakı Atom stansiyasının modernleşdirilmesi haqqında müqavile imzalanıb, artıq qüvveye minib". Sarkisyan enerji tarifinin qiymetinin artırılması ile bağlı meselede yeni qerarın tapılmasına ümid etdiyini de söyleyib.

 

Ermenistan prezidenti Vladimir Putine Azerbaycandan şikayet etmeyi de unutmayıb: "Rusiyaya teşekkürümü bildirmek isteyirem. Son iki hefte erzinde veziyyet gerginleşib.Dağlıq Qarabağ münaqişesinin helli yollarının axtarılmasında cehdlerinize  göre size teşekkür edirem. Son vaxtlar Azerbaycan terefi iri çaplı odlu silahlardan başqa artileriyadan da istifade edir. Elbette ki, biz cavb vermek mecburiyyetinde qalırıq. Men bu haqda KTMT-nin Düşenbe sammitinde etraflı danışacam".


Oxunub 347 defe