Xəbərlər ::

HADİSƏ :: NAZİRLİK: düşmene 130 zerbe endirilib

08-09-2015 10:08

Ermeni silahlı bölmeleri cebhenin müxtelif istiqametlerinde 60 ve 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifade etmekle sutka erzinde ateşkes rejimini ümumilikde 70 defe pozub. Payiz.Az Müdafie Nazirliyinin metbuat xidmetine istinaden xeber verir ki, Ermenistan Respublikası Noyemberyan rayonunun Voskepar kendinde yerleşen mövqelerden Qazax rayonunun Aşağı Eskipara kendinde, Berd rayonunun Çinari kendinde yerleşen mövqelerden Tovuz rayonunun Koxanebi kendinde, Krasnoselsk rayonu erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden Gedebey rayonu erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerimiz ateşe tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Terter rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Kengerli, Şıxlar, Merzili, Cevahirli, Xocavend rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbeyli, Aşağı Ebdürrehmanlı, Aşağı Seyidehmedli, Qorqan, Cebrayıl rayonunun Mehdili kendleri yaxınlığında, hemçinin Goranboy, Xocavend, Füzuli ve Cebrayıl rayonları erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden de Silahlı Qüvvelerimizin mövqeleri ateşe tutulub.

Azerbaycan Silahlı Qüvveleri emeliyyat şeraitini nezere alaraq düşmenin ateş nöqtelerine, mövqelerine ve sengerlerine 130 ateş zerbesi endirib.

 

 

 

 

 

 


Oxunub 201 defe