Xəbərlər ::

SOSİAL :: 600 telebeye “Geleceyin müellimi” teqaüdü verilecek

08-09-2015 13:08

 

Tehsil Nazirliyi yeni tedris ilinde müellimlik ixtisasına qebul olunmuş telebeler üçün xüsusi stimullaşdırma layihesini davam etdirir. Tehsil Nazirliyinin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, layiheye uyğun olaraq, bu il de ali tehsil müessiselerine qebulda 500 ve daha yüksek bal toplayan, ixtisas seçiminde birinci müellimlik ixtisasını qeyd eden ilk 300 telebeye 100 manat mebleğinde elave teqaüd verilecek. Bununla, bu proqram çerçivesinde “Geleceyin müellimi” teqaüdü alan telebelerin sayı 600 nefere çatacaq.

 

Qeyd edek ki, bu layihe Tehsilin İnkişafı üzre Dövlet Strategiyasına uyğun olaraq, peşekar bilik ve kompetensiyalara malik müellim ve tehsil menecerlerinin hazırlanmasına, elece de müellim peşesinin nüfuzunun artırılmasına xidmet eden islahatyönümlü tedbirler çerçivesinde heyata keçirilir.


Oxunub 916 defe