Xəbərlər ::

Ölkə :: Cinayet töretmekde şübheli bilinen 31 nefer saxlanılıb

28-09-2018 07:24

Sentyabrın 27-den 28-dek daxili işler orqanlarında qeyde alınmış cinayet ve hadiseler haqqında statistik melumat açıqlanıb.

Daxili İşler Nazirliyinden Payiz.az-a verilen melumata göre, respublikanın daxili işler orqanları terefinden gün erzinde 106 cinayet faktı qeyde alınıb, onların da 24-ü “isti izler”le açılıb. Evvelki dövrlerden bağlı qalmış 15 cinayetin açılması temin olunub.

Axtarışda olduğuna göre ümumilikde 29 nefer, o cümleden mülki-hüquqi öhdeliklerin icrasından yayındığına göre 1 nefer, borclu şexs qisminde axtarışda olan 15 nefer saxlanılaraq aidiyyeti üzre tehvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-neqliyyat hadisesi baş verib, neticede 2 nefer ölüb.

Daxili işler orqanları emekdaşlarının heyata keçirdikleri emeliyyat-axtarış tedbirleri neticesinde narkotiklerle elaqeli 13 fakt müeyyen edilib.

Cinayet töretmekde şübheli bilinen 31 nefer saxlanılıb.


Oxunub 10 defe