Xəbərlər ::

DÜNYA :: Türkiye daha bir şehid verdi

08-09-2015 16:26

Türkiyenin Tunceli vilayetinde daha bir polis şehid olub.

 

APA-nın “Milliyet” qezetinin saytına istinaden verdiyi xebere göre, PKK-çılar qızı ile birlikde gezmeye çıxmış xüsusi teyinatlı polis Kadir Özkaranın avtomobilini ateşe tutublar. Yaralı halda xestexanaya çatdırılan polis bütün cehdlere baxmayaraq, dünyasını deyişib.

 

Hadiseden sonra Türkiye hüquq-mühafize orqanları xüsusi emeliyyata başlayıblar. 

 

Xatırladaq ki, bu gün seher İğdırda terrorçuların töretdiyi partlayış neticesinde 14 polis helak olub.


Oxunub 282 defe