Xəbərlər ::

Ölkə :: “11 aydır atamdan mektub ala bilmirik” – Dilqem Esgerovun oğlu

02-10-2018 08:08

“2017-ci ilin noyabrından bu güne qeder atamdan mektub gelmir”.

Bunu Payiz.az-a açıqlamasında ermeni girovluğunda olan Dilqem Esgerovun oğlu Kürdoğlu Esgerov deyib. Onun sözlerine göre, Beynelxalq Qırmızı Xaç Komitesinin emekdaşları girovluqdan mektub getirseler de, ancaq Dilqem Esgerovdan mektub getirmeyibler: “Men defelerle Beynelxalq Qırmızı Xaç Komitesinin emekdaşlarına demişem ki, neye göre atamdan 11 aydır mektub gelmir? Onlar ise sadece bunu deyirler ki, özü yazmaq istemir. Tebii ki, buna inanmıram. Nece olur ki, atam 10-11 aydır mektub yazmaq istemesin?”.

K.Esgerov deyir ki, atasının sehhetile bağlı Beynelxalq Qırmızı Xaç Komitesi sadece şifahi melumat verirler ki, sehheti, saxlanma şeraiti normaldır, ancaq bunu sübut edecek ne mektub var, ne de video: “Atamdan mektub gelende özü yazırdı ki, sehheti necedir, az da olsa, bu haqda melumat vere bilirdi. 11 aydır mektub almadığımıza göre sehhetinin nece olduğunu da bilmirik”.

Günay Elşadqızı / PAYIZ.AZ


Oxunub 11 defe