Xəbərlər ::

SOSİAL :: Azerbaycanın katarakt ve refraktiv cerrahları İspaniyada

08-09-2015 18:08

İspaniyanın Barselona şeherinde Katarakt ve Refraktiv Cerrahların Avropa Cemiyyetinin (ESCRS) 33-cü konqresi keçirilir. Azerbaycan nümayende heyetinin de qatıldığı tedbirde meqsed göz xestelikleri ile bağlı dünya yeniliklerinin müzakiresi, elde olunan neticelerle bağlı növbeti tedqiqatlara başlamaqdır.

 

Azerbaycan nümayende heyetinin üzvü göz cerrahı, ATU-nun dissertantı Yazgül Abdiyevanın Payiz.Az-a verdiyi melumata göre, aparılan müzakireler ölkemizde göz xesteliklerinin müalicesi ile bağlı yeniliklerin olduğunu gösterib: “Elece de katarakt ve refraktiv cerrahiye ile elaqedar olaraq tibb sahesinde mühüm irelileyişler elde olunub. Amma oftalmologiya durmadan inkişaf etdiyine göre, Azerbaycanlı hekimlerin daim bu yenilikleri izlemesi, beynelxalq tedbirlere qoşulması vacibdir. Ve biz öyrendiyimiz yenilikleri öz ölkemizde tetbiq etmeye çalışacağıq”.

 

Sentyabrın 5-de başlayan 33-cü konqres sentyabrın 9-da yekunlaşacaq.

 

Katarakt ve Refraktiv Cerrahları Avropa Cemiyyetinin (ESCRS) baş katibliyi İrlandiyanın paytaxtı Dublin şeherinde yerleşir. Teşkilatın konqresleri her il Avropanın müxtelif şeherlerinde teşkil olunur. İllik olaraq Avropa, Asiya, Orta Şerq, Amerika ve Avstraliyadan 6 min iştirakçı bu tedbirlere qatılır, tecrübe ve fikir mübadilesi aparırlar.

 

 


Oxunub 269 defe