Xəbərlər ::

İDMAN :: Almaniya yığması millimize "3 verdi"

08-09-2015 22:00

21 yaşadek futbolçulardan ibaret yığmamız Avro-2017-nın seçme merhelesi çerçivesinde bu gün növbeti matçına çıxıb. Apasport.az saytının melumatına göre, komandamız öz meydanında Almaniya millisi ile üz-üze gelib.

 

Bu ay keçirdiyi ilk görüşde Avstriyaya uduzan (0:2) U-21-in almanlarla matçda hansı neticeye imza atacağı maraqla gözlenilirdi. Yaşar Vahabzadenin komandası güclü reqibi qarşısında heç ne ile yadda qalmayıb.

 

İlk yarıda hesabda geri düşen ve hissenin son deqiqelerinde azlıqda qalan millimiz, oyunun sonlarında tamamile teslim olub. Qonaqların heyetinde 2 defe Selke, bir defe ise Kimmix ferqlenib.

 

Qeyd edek ki, millimiz seçme merhelenin ilk matçında ise Farer adalarına 1:0 hesabı ile qalib gelib.

 

8 sentyabr

 

Azerbaycan – Almaniya - 0:3

Qol: Selke, 33, 90+3, Kimmix, 88 (pen.)

Qırmızı vereqe: Adil Nağıyev, 45

 

“Dalğa Arena”. Hakimler: Aleksandr Bukaut, Cimmi Kremers, Lauren Konott, Nikolas Laforq (hamısı Belçika)

 

 

1.

Avstriya

1

1

0

0

2:0

3

2.

Almaniya

1

1

0

0

3:0

3

3.

Finlandiya

1

1

0

0

2:0

3

4.

Azerbaycan

  3

  1

  0

  2

    1:5

   3

5.

Rusiya

  0

  0

  0

  0

     0

   0

6.

Farer adaları

  1

  0

  0

  1

    0:1

   0

 


Oxunub 241 defe