Xəbərlər ::

Ölkə :: BDU-nun filialında top mermisi tapılıb - FOTOLAR

05-10-2018 16:28

BDU-nun Qazax filialının inzibati erazisinde top mermisi tapılıb.

Erazilerin Minalardan Temizlenmesi üzre Milli Agentlikden (ANAMA) Payiz.az-a verilen melumata göre, 2018-ci il 05 Oktyabr tarixinde saat 12:52-de Daxili İşler Nazirliyinin ″102″ Xidmeti-Zeng merkezi sisteminden ve saat 12:59-de Fövqelade Hallar Nazirliyinin Böhran Veziyyetlerinde İdareetme merkezinden Agentliye Bakı Dövlet Universitetinin Qazax filialının inzibati erazisinde 1 eded partlamamış herbi sursatın tapılması barede melumatlar daxil olub.

Melumatlara esasen Agentliyin xüsusi mobil çevik emeliyyat qrupu ve Qazax rayon Polis şöbesinin emekdaşları derhal hemin eraziye gönderilib.

Agentliyin mütexessisleri ve Daxili İşler Nazirliyinin Qazax rayon Polis şöbesinin emekdaşları terefinden birlikde yuxarıda adı qeyd olunmuş eraziye baxış keçirilib. Aparılan tecili texiresalınmaz operativ emeliyyat-axtarış tedbirleri neticesinde Agentliyin mütexessisleri terefinden 1 eded 76 mm-lik top mermisi (BR-350) aşkar olunub, zerersizleşdirilmesi üçün götürülerek Agentliyin merkezi mehvetme erazisine daşınıb.

Top mermisinin tapıldığı yerin etrafında 150 kv.m eraziye yerüstü baxış keçirilib, elave tehlükeli eşya ve qurğu aşkarlanmayıb.


Oxunub 20 defe