Xəbərlər ::

DÜNYA :: “Parisin üreyinde Azerbaycan musiqisi” klassik musiqi gecesi

09-09-2015 11:24

Sentyabrın 8-de Heyder Eliyev Fondunun teşkilatçılığı ile “Parisin üreyinde Azerbaycan musiqisi” adlı klassik musiqi gecesi keçirilib.

 

Heyder Eliyev Fondundan APA-ya verilen melumata göre, gecede çıxış eden Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçe gündür ki, Parisde Azerbaycan incesenetinin uğurla temsil olunduğunu ve seslenen eserlerin Paris senetseverlerinin xatirinde unudulmaz teessürat yaratdığını bildirib.

 

Xalq artisti, pianoçu Murad Hüseynovun, elece de genc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov ve digerlerinin iştirakı ile keçirilen konsertde Azerbaycan ve dünya klassik musiqisinin nümuneleri seslendirilib.

 

Parisde baş tutan bu konsert Heyder Eliyev Fondunun bu sahede heyata keçirdiyi layiheler silsilesindendir. Bu konsert de, Fondun Azerbaycanın xaricde tebliği istiqametinde reallaşdırdığı mühüm layiheler sırasına daxil olub.

 

Konsertin sonunda dünya şöhretli fotoqraf Reza Deqatinin Azerbaycanda tolerantlıq mühitini eks etdiren fotolarından ibaret maraqlı kompozisiya nümayiş etdirilib. 3D formatında hazırlanan illüstrasiya konsert salonunun tavanında rengareng görüntüler yaradıb ve tamaşaçıların böyük marağına sebeb olub.


Oxunub 318 defe