Xəbərlər ::

İDMAN :: Resul Çunayev finalda ermeni reqibini meğlub etdi

09-09-2015 11:25

 
 
APA TV-nin Azerbaycan Güleş Federasiyasının saytına istinaden melumatına göre, İlk Avropa Oyunlarının qalibi, 71 kq çekide mübarize aparan Resul Çunayev finala qeder yüksele bilib.
 
İlk olaraq Monakdon Frank Hassli üzerinde qelebe qazanan Resul ardınca Rusiya temsilçisi Adam Kuraka heç bir şans vermeyib. Yerli azarkeşlerin güclü desteyine reğmen, ABŞ temsilçisi Castin Daşaun Lesteri de tam üstünlükle meğlub eden Resul yarımfinala yükselib.
 
Finalın bir addımlığında Belarus güleşçisi Tsimur Berdiyevi de tam üstünlükle meğlub eden Resul Çunayev finalda Ukrayna temsilçisi Armen Vardanyana qalib gelerek, dünya çempionatının qızıl medalına sahib olub.
 
Qeyd edek ki, Las Veqasda keçirilen dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılıb.
 
İlk iki yarış gününün yekunlarına esasen, güleşçilerimizden Rövşen Bayramov (59 kq), Elvin Mürseliyev (75 kq) ve Sabah Şerieti (130 kq) Olimpiya Oyunlarına vesiqe elde edib.


Oxunub 306 defe