Xəbərlər ::

SOSİAL :: Azerbaycanlı qaziler Türkiye hökumetine müraciet etdi: Döyüşmek arzusundayıq!

09-09-2015 13:30

Azerbaycanlı qazileri adından Elisoy  Eliyev ve Abuzer Ebilov Türkiye hökumetine müraciet edib. Payiz.Az-ın ozgursayfa.com-a istinaden melumatına göre, müracietde deyilir: “Eziz qardaşlarımız, canımız, qelbimizin en derin yeri olan Türkiye!

Bu gün sen haqq savaşına atıldın. Bu gün sen haqqın üçün, milletin üçün, dövletin ve vetenin üçün ölüm-qalım savaşına girdin. Allah sene bu şerefi, ucalığı verdi. Qanınız, qanımız, canınız canımızdır. Qaziniz qazimizdir, şehidiniz bedenimizden qopan canımızdır.

Bu gün Azerbaycanın bütün qazilerinin qelbi Türkiyededir. Düzdür, biz yaşlıyıq. İllerin ezabı bizim belimizi büküb. Lakin bir savaş lazımsa, biz belimizin yükünü silkeleyib atar, silah alıb savaşa girerik.

Böyük türk milleti, size müraciet edirik. Bizi qatıldığınız savaşa götürün. Türkiyeye uzanan elller Azerbaycan uzanan ellerdir. Bu elleri kesmek üçün sizin yanınzda, sizinle birlikde olaq. Bu savaşda şehid olmaq, qanımızı dost ve qardaş millet yolunda axıtmağa hazırıq!

Var olsun Türkiye- Azerbaycan!”.

 

Bundan başqa azerbaycanlı genc Emrah Qeribov Türkiye Silahlı Qüvvetlerinin naziri Hulusi Akara müraciet ederek, onu esgere alınmasını xahiş edib, Türkiye ordusunda PKK-a qarşı döyüşmek arzusunda olduğunu bildirib.


Oxunub 326 defe