Xəbərlər ::

İqtisadiyyat :: Sentyabr ayı üzre gündelik neft hasilatı 796 min barrel olub

10-10-2018 14:24

Azerbaycanda sentyabr ayı üzre gündelik neft hasilatı 796 min barrel olub. Bunun 725 min barrelini xam neft, 71 min barrelini kondensat teşkil edib. Gündelik 599 min barrel xam neft, 71 min barrel kondensat, 7 min barrel ise neft mehsulları ixrac edilib.

Energetika Nazirliyinden Payiz.az-a verilen melumata göre, sentyabr ayı erzinde gündelik neft hasilatı ile bağlı melumatlar OPEC-in Birge Monitorinq Komitesinin Müşterek Texniki Komissiyasına teqdim edilib.

Qeyd edek ki, gündelik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında ise 774 min barrel olub.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzre gündelik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrele endirilmesi barede razılıq elde olunub. Dekabrın 10-da ise Vyanada OPEC üzvleri ile teşkilata daxil olmayan 11 ölke, o cümleden Azerbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barede sazişe imza atıb. 2017-ci ilin 30 noyabrında ise OPEC Nazirler Şurasının 173-cü iclası çerçivesinde Neft İxrac Eden Ölkeler Teşkilatına (OPEC) üzv ve kartele daxil olmayan dövletlerin nazirlerinin üçüncü görüşünde neft hasilatının azaldılmasına dair sazişin müddetinin 2018-ci ilin sonuna kimi uzadılması ile bağlı qerar qebul olunub.

Cari ilin iyunun 23-de OPEC ve qeyri-OPEC ölkeleri nazirlerinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yeni neft hasilatının sutkada 1 milyon barrel artırılması ile bağlı razılıq elde olunub. Azerbaycanın da desteklediyi bu qerar iyulun 1-den qüvvededir.


Oxunub 9 defe