Xəbərlər ::

SİYASƏT :: Avropanın miqrasiya siyaseti: Şengen zonası rejimi leğv olunur? - TEHLİL

09-09-2015 13:55

 Hazırda Avropa ağlasığmaz miqrant axını ile üz-üzedir. Tekce 2015-ci ildeAvropa İttifaqı erazisine Afrika ve Yaxın Şerqden 350 min miqrant gelib. Bu reqeme planlı ve tipik miqrasiya axınını, yeni inkişaf etmiş ölkelerden olan, yaşayış yerini Avropaya deyişmek isteyen miqrantları da elave etmek lazımdır. En nehayet, Ukraynadan Şerqi Avropa ölkelerine, xüsusile ölkenin tehlükesizliyine teminat veren, müharibe zonasından qaçan şexsleri sığınacaqla temin eden Polşaya miqrant axını müşahide olunur. Neticede veziyyet partlayış heddine çatıb ve bu, Avropanın daha radikal ehval-ruhiyyeye köklenmiş dairelerini müeyyen addımlar ve beyanatlara mecbur edir. Bu barede bir qeder sonra. Evvelce heyata keçirilmesi teklif edilen az-çox sivil addımlara toxunaq.

 

BARIT ÇELLEYİ

 

Belelikle, hazırda en aktual mesele Avropa İttifaqının teklif etdiyi, miqrantların qebuluna dair mecburi kvotaların qebuludur. Yumşaq formada desek, bu meselede fikir birliyi yoxdur. Brüsselin bu teşebbüsü bezi ölkelerde reğbetle qarşılanmayıb, diger ölkeler ise qeti şekilde bu ideyaya qarşı çıxıblar. Faktiki ideya İtaliya ve Yunanıstanda meskunlaşmış miqrantların Avropa İttifaqı ölkeleri arasında beraber şekilde bölüşdürülmesinden ibaretdir.  Neticede miqrant axınına qarşı tekbaşına mübarizeden yorulmuş İtaliya, diger terefden ise Almaniya, Avstriya ve İsveç bu ideyanı destekleyirler. Bundan başqa, İtaliya neinki bu ideyanın lehinedir, hem de faktiki olaraq eks teqdirde bütün Avropanın zererine olacaq addımlar atacağına işare vurur. Yeni, ya miqrantları könüllü şekilde qebul edeceksiniz, ya da onları başqa formada qebul etmeli olacaqsınız. Bu yanaşma hem de qonşu dövletlerin hereketlerine cavabdır: Fransa serhedlerini miqrantlar üçün bağlı elan edib, Avstriya ve İsveçre miqrantların gelişine birdefelik qadağa qoyub. Bu ölkelerin polisleri italyan şeherlerinden gelen qatarlarda yoxlama keçirir, aşkarladığı miqrantları geri qaytarırlar. Avropa İttifaqıİtaliya ve Yunanıstanın isteyini reallaşdırmaq qerarına gelib ve 40 min miqrantı birlik ölkeleri arasında kvota prinsipi ile bölüşdürmeyi teklif edib. Kvotaların ölçüsü 4 kriteriden asılıdır: ehalinin sayı, ölkelerin ÜDM-nin hecmi, işsizlik seviyyesi, hemin ölkenin 2010-2014-cü illerde qebul etdiyi qaçqınları sayı. Ve burada ilk iki faktor esas rol oynayır.

 

Daha sert mövqe tutanlar ise Şerqi Avropa ölkeleridir. Meselen ilin evvelinden Kosovo, Yaxın Şerq ve Şimali Afrikadan 50 min qaçqına sığınacaq veren Macarıstan beyan edib ki, Avropa İttifaqı qerar verse bele, heç bir vechle bu sayda qaçqını qebul etmeyecek. Ukraynalılar ve Polşa ile veziyyeti heç müzakire etmeye deymez, ukraynalıların Polşaya axını dayanmır. Buna göre de Avropa İttifaqının kvotalarla bağlı qerarı helelik sual altındadır.

 

Ayrı-ayrı ölkelerin bu cür radikal addımlar atması Avropa İttifaqının mövcudluq ve serbest hereket etme prinsipini şübhe altına salır. Meselen, Belçikada artıq demiryollarında tehlükesizlik tedbirleri güclendirilib. Sernişinlerin yüklerine nezaret artırılıb, vağzallarda patrulların sayı çoxalıb. Macarıstan Serbiya ile serhedde tikanlı meftillerle örtülmüş hasarın tikintisini başa çatdırıb.  Hollandiya qaçqın status verilmesine dair qanunvericiliyi sertleşdirmek qerarına gelib. Bolqarıstan Makedoniya ile serhedde nezareti temin etmek üçün bölgeye qoşunlar yeridib. Bu hele bu son deyil, eksine, başlanğıcdır.

 

FİTİL

 

Adeten olduğu kimi, hetta uzun müddet inkişafda olan böhranın son nöqtesi olur ve bu son nöqte qeti addımlar atılmasını zeruri edir. Bu defe sebir kasasını daşıran son damla 21 avqust insidenti oldu. Söhbet Amsterdam-Paris süret qatarının sernişinlerine hücumdan gedir. Merakeşli Eyyub Kazzaninin açdığı ateş neticesinde üç nefer yaralanıb. Bu hadise derhal milletçilik, ksenofobiya ve islamofobiya elementlerinin qabardığı yeni antimiqrasiya kampaniyasına sebeb olub. Mesele bundadır ki, Avropa İttifaqında çox zaman qaçqınları potensial terrorçu kimi qebul edirler. Bele hesab olunur ki, Avropaya qaçqınlarla birlikde radikal islamçılar da ayaq aça biler. Bu münasibeti tesdiqleyen real fakt helelik mövcud deyil, bundan başqa ehtimalın özünü doğruldacağı da inandırıcı görünmür. Helelikse Avropa İttifaqı demiryollarında tehlükesizliyin möhkemlendirilmesi üçün tedbirler görmekdedir. Bu addımlar Avropa İttifaqının bütün üzvleri ile razılaşdırılıb. Müzakirelerde Fransa, Britaniya, Almaniya, İtaliya, İspaniya, Belçika, Lüksemburq, Niderland ve İsveçreden nazirler iştirak edibler. Söhbet

  1. stansiyalarda sernişinlerin şexsiyyetinin müeyyenleşmesi ve yüklere nezaretin güclendirilmesinden, 
  2. silah daşımaqla bağlı qanunvericiliyin sertleşdirilmesinden,
  3. Avropa ölkelerinin tehlükesizlik  orqanları arasında emekdaşlığın genişlendirilmesinden gedir.

 

Qerb ölkelerinin nümayendeleri radikalizmle yanaşı, ölkeler arasında divarların, sedlerin tikilmesi addımlarını da pisleyibler. Bununla bele, Avstriyanın xarici işler naziri Sebastyan Kurts Avropa İttifaqı ölkeleri arasında serhed-keçid qaydalarının sertleşdirileceyini istisna etmeyib. Bu ise, bildiyimiz kimi Şengen zonasının mahiyyeti tehlüke altına salır. Neticede Almaniyanın daxili işler naziri Tomas de Mezyer Şengen zonasının mövcudluğuna son qoyula bileceyini beyan edib ve Almaniya hakimiyyetinin serhedlerde pasport nezareti rejimi tetbiq edeceyini istisna etmeyib. Lakin ekser ekspertler hesab edir ki, bu beyanat daha çox siyasi xarakter daşıyır ve Aİ-da böhranın aradan qaldırılmasına Almaniya qeder aktiv can yandırmayan diger ölkelere tezyiq etmeye hesablanıb. Ola biler ki, bu hem de Almaniya ile serhedlerde sert rejimin tetbiqinde maraqlı olmayan Şerqi Avropa ölkelerine bir işaredir.

 

BES SONRA?

 

Çoxsaylı radikal beyanatlara, hetta atılan real addımlara, görülen tedbirlere baxmayaraq, Avropada “veziyyeti dramatikleşdirmeye deymez” ehval-ruhiyyesi üstünlük teşkil edir. Bundan başqa, problemden danışarken differensasiya aparmaq lazımdır, o zaman bütün daşlar yerine oturur. Konkret desek, yuxarıda seslenen fikirler qaçqınlara sığınacağın verilmesi prinsiplerine esaslana nezaretsiz, qeyri-leqal miqrasiyadan gedir. Avropaya başqa formada da miqrasiya mövcuddur – nezaret olunan, leqal, sefirlik ve konsulluqlar seviyyesinde vizaların verilmesine esaslana miqrasiya. Esas odur ki, avropalı memurlar bu anlayışları qarışdırmasın, “hamıya bir gözle baxaq” prinsipine esaslanmasın. Döyüş zonalarından olan qaçqınlar üçün elbette ki teessüf hissi duyulur, amma ekseriyyeti maraqlandıran başqa sualdır – baş verenler adi miqrasiyaya nece tesir edir? Bu meselede sağlam tefekkürün qalib geldiyini söylemek üçün esaslar var. Buna Polşanın timsalında misal çekmek olar. Sirr deyil ki, Polşa son zamanlar on minlerle ukraynalı qaçqına sığınacaq verib ve bu reqem adi biznes ve emek miqrasiya reqemleri ile eynidir. İlk baxışdan ele gelir ki, bu situasiyaya reaksiya neqativ olmalıdır. Lakin bele hal müşahide olunmur.

 

Dünyanın heç bir ölkesi bütün qaçqınları qebul etmeye, yaxud da qatarda bir nefer ateş açıb, afrikalılar İtaliyaya doluşub deye qaçqınlara sığınacaq vermekden imtina etmeye razı olmamalıdır. En azı indi. Ve qeyri-adi ne ise baş vermese, veziyyet pisliye doğru deyişmeyecek. Hetta serhed-keçid nezaretinin müveqqeti sertleşdirilmesine de ciddi yanaşmaq lazım deyil, bu, Amsterdam qatarında baş verenlere normal reaksiyadır.

 

Çox güman ki, kvotalarla bağlı qerar gec-tez reallaşacaq, miqrant axını onsuz da yüksek olan bezi ölkeler üçün kvotalar azaldılacaq ve bununla da böhranın yoluna qoyulacağına dair ümidler yaranacaq...

 

Vahab Rzayev/ APA Analitik Merkezi


Oxunub 1756 defe