Xəbərlər ::

Ölkə :: Yalama stansiyasında yeni Texniki Xidmet Menteqesinin açılışı olub - FOTOLAR

11-10-2018 12:39

13 oktyabr demir yolu neqliyyatı işçilerinin peşe bayramı erefesinde Azerbaycan demir yolunun Şimal serhed qapısı sayılan Yalama stansiyasında yeni Texniki Xidmet Menteqesinin açılışı olub.

"Azerbaycan Demir Yolları" QSC-den Payiz.az-a verilen melumata göre, tedbirde Yük daşımaları Departamentinin reisi Eşref Memmedeliyev, departamentin reis müavini-vaqon xidmetinin reisi Beşir Esedov ve müvafiq strukturların emekdaşları iştirak edibler.

Yük daşımaları Departamentinin Şimal vaqon deposuna mexsus olan bu xidmet menteqesinin binası tamamile müasir üslubda inşa edilib ve burada fealiyyet üçün her cür imkanlar yaradılıb. Yeni menteqenin daxilinde soyunub-geyinme, növbetçi, ders ve metbex otaqları fealiyyet gösterir. Rahat iş şeraitinin temin edilmesi üçün binada avtonom istilik sistemi, kondisioner quraşdırılıb ve su ehtiyatı üçün heyetde çen qoyulub. Ders otaqları lazımi plakat ve diger eyani vesaitlerle, mebel destleri ile, hemçinin kompüter ve telefonlarla temin edilib. İşçilere yeni geyim formaları teqdim olunub. TXM-in fealiyyeti respublikaya daxil olan ve gönderilen qatarların terkibinde olan vaqonlara texniki baxış keçirmekden ibaretdir.

Yeri gelmişken qeyd edek ki, Bakı-Derbend demir yolu xetti 1900-cu ilde istismara verilib ve Azerbaycan dövlet müsteqilliyine qovuşana qeder vaqonların Texniki Xidmet Menteqesi Rusiya Federasiyası Şimali Qafqaz demir yolunun Derbend stansiyasında fealiyyet gösterib. Respublikamıza daxil olan ve buradan gönderilen qatarlara baxış hemin stansiyada heyata keçirilib. 1992-ci ilde Yalama Serhed Keçid Menteqesinin yaradılmasından sonra burada Texniki Xidmet Menteqesi binasının tikilmesi zerureti ortaya çıxıb. Ele hemin il stansiyanın cüt boğazında TXM-in fealiyyete başlaması üçün, müveqqeti olaraq, istismardan silinmiş bir örtülü vaqon qoyulub ve uzun iller bu cür fealiyyet gösterib.

Nehayet, 2017-ci ilde demir yolunda aparılan esaslı islahatlara uyğun olaraq, Yalama stansiyasında yeni TXM binasının inşasına başlanılıb. Qış mövsümünde kifayet qeder soyuq havalarla müşahide olunan bu erazide yeni xidmet obyektinin inşası çox mütereqqi bir addımdır. Bu, hem de serhed bölgesinde fealiyyet gösteren müessiselerimizin abadlığı baxımından uğurlu hal sayılmalıdır.


Oxunub 12 defe