Xəbərlər ::

Ölkə :: Paşinyanın Frankofoniya tedbirinin açılışında çıxışı Düşenbede baş tutmuş söhbetin ruhuna tamamile uyğun gelmir - XİN

11-10-2018 20:53

Ermenistan Baş naziri bir müddet önce BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi beyanatda olduğu kimi, Frankofoniya teşkilatının açılışında etdiyi çıxışında da Ermenistan-Azerbaycan Dağlıq Qarabağ münaqişesine dair yalan ve heqiqetden uzaq fikirler seslendirdi. Bu cür ritorika Düşenbede baş tutmuş söhbetin ruhuna tamamile uyğun gelmir.

Bu barede Payiz.az-a Azerbaycan Xarici İşler Nazirliyinden (XİN) Ermenistan Baş nazirinin çıxışını şerh ederken bildiribler.

Eger Ermenistan baş naziri dürüst olmaq isteyirse, o zaman onu tam edaletli olmağa ve Azerbaycanın işğal edilmiş Dağlıq Qarabağ ve etraf rayonlarından zor gücüne öz evlerinden qovulmuş yüz minlerle Azerbaycanlıların fundamental hüquqlarının pozulduğunu etiraf etmeye çağırırıq. Meqsedyönlü şekilde ermeni icmasını “Dağlıq Qarabağ xalqı” adlandıran Ermenistan baş naziri Azerbaycanın Dağlıq Qarabağ bölgesinin Azerbaycanlı icmasına qarşı etnik temizlemenin heyata keçirildiyine göz yumur. Eger Ermenistan rehberliyi özünü demokratik adlandırırsa ve sülh şeraitinin yaradılmasından danışırsa, o zaman onlar qanunun aliliyi ve demokratik deyerlere uyğun davranmalı ve BMT Tehlükesizlik Şurasının qetnamelerinde ve diger beynelxalq teşkilatların qerarlarında teleb olunduğu kimi, didergin düşmüş insanların öz evlerine geri dönmesine imkan yaratmalı ve öz silahlı qüvvelerini Azerbaycanın işğal edilmiş erazilerinden geri çekmelidir.

Azerbaycanın erazilerinin işğalına son qoyacaq ve zor gücü ile öz evlerinden qovulmuş Azerbaycanlıların işğal edilmiş Dağlıq Qarabağ ve etraf bölgelerdeki evlerine ve mülklerine tehlükesiz ve leyaqetle geri dönmesini temin edecek real addımlar atılmayanadek Ermenistan rehberliyinin sülh danışıqları prosesinin ireli aparılmasına dair bütün beyanatları yanız söz olaraq qalacaq.

Ermenistan öz öhdeliklerine ve beynelxalq ictimaiyyetin mövqeyine uyğun davranmalı, münaqişenin tezlikle sülh yolu ile helli ve işğal edilmiş Azerbaycan erazilerinden qoşunların qısa zamanda çıxarılması üçün neticeye yönelik danışıqlarda konstruktiv şekilde iştirak etmelidir. Yalnız bundan sonra bölgede davamlı sülh temin oluna biler.


Oxunub 16 defe