Xəbərlər ::

Dünya :: İranın Ali dini lideri hökumete iqtisadi problemleri hell etmeyi tapşırıb

11-10-2018 22:00

İranın Ali dini lideri Ayetullah Eli Xamneyi hökumete iqtisadi problemleri tecili olaraq hell etmeyi tapşırıb.

Payiz.az İran menbelerine istinaden melumat verir ki,O, qanunverici, icraedici ve mehkeme orqanlarının rehberleriyle görüşünde bildirib ki, qiymetlerin artması ve alıcılıq qabiliyyetinin aşağı düşmesi iranlıların, xüsusen de azteminatlı tebeqenin heyat şeraiti pisleşdirib. Onun sözlerine göre, iqtisadi problemlerin helli üçün hemreylik mühiti yaratmaq lazımdır.

“Ele bir böhran ve ele bir problem yoxdur ki, biz onun öhdesinden gele bilmeyek. Hakimiyyet bele iqtisadi böhrandan çıxış yolunu tapmalıdır. Bankların, işsizliyin ve inflyasıya problemlerinin helli üçün ciddi addımlar atmaq lazımdır” .

Xamneyi elave edib ki, Amerika Birleşmiş Ştatlarının sanksiyalarıyla elaqedar, ölkenin tebii resurslarından istifade etmek lazımdır.

Sübhan / METBUAT.az


Oxunub 12 defe