Xəbərlər ::

Ölkə :: On beş illik prezidentlik dövrünün möhteşem ZEFER SALNAMESİ

12-10-2018 06:46

Payiz.az Azerbaycan Prezidentinin ictimai-siyasi meseleler üzre kömekçisi-şöbe müdiri, professor Eli Hesenovun meqalesini teqdim edir:

Bu il müselman aleminde ilk demokratik respublika olan Azerbaycan Xalq Cümhuriyyetinin 100 illiyi ölkemizde geniş qeyd edilir. Prezident İlham Eliyev bu hadiseni xalqımızın tarixinin çox mühüm ve şerefli sehifelerinden biri kimi xarakterize ederek demişdir: “Biz haqlı olaraq fexr edirik ki, müselman aleminde ilk demokratik respublikanı Azerbaycan xalqı yaradıbdır. Bu, bir daha gösterir ki, azerbaycanlılar azadlıqsever ve mütereqqi xalqdır”. Dövletimizin başçısı Cümhuriyyetin tarixine, onun qurucularının xatiresine daim böyük hörmetle yanaşır. Bir neçe il bundan evvel Prezidentin Serencamı ile Bakının merkezinde Azerbaycan Xalq Cümhuriyyetinin şerefine abide ucaldılmış, 2018-ci il “Azerbaycan Xalq Cümhuriyyeti İli” elan olunmuşdur. Lakin Prezident İlham Eliyevin Azerbaycan Xalq Cümhuriyyetine ve onun qurucularının xatiresine en böyük ehtiramı onların ideyalarını yaşatması, demokratiya arzularını reallaşdırması, Azerbaycanın müsteqilliyini ve suverenliyini etibarlı şekilde qorumasıdır, desek heç de yanılmarıq...

Bir neçe günden sonra Azerbaycanın dövlet müsteqilliyinin berpasının 27-ci ildönümünü qeyd edeceyik. Orta ve yaşlı nesil müsteqilliyin ilk illerinin nece ağır keçdiyini yaxşı xatırlayır. Bir terefden, SSRİ-nin süqutu erefesinde Azerbaycanın Dağlıq Qarabağ bölgesinde baş qaldıran separatizm daha da güclenmişdi, Ermenistanın tecavüzü neticesinde torpaqlarımızın 20 faizi işğal edilmişdi, soydaşlarımızın 1 milyona qederi qaçqın ve mecburi köçküne çevrilmişdi, diger terefden ise enenevi iqtisadi-ticaret elaqeleri pozulmuşdu, ölkeni iqtisadi ve siyasi böhran bürümüşdü. Yalnız 1993-cü ilde Heyder Eliyev Azerbaycanda rehberliye qayıdandan sonra ölke tedricen bu böhrandan çıxdı, ictimai-siyasi sabitlik, milli-vetendaş birliyi yaradıldı ve cemiyyet heyatının bütün sahelerinde yenidenqurmaya başlanıldı. Ümummilli Liderin siyasi kursunun yegane düzgün yol olduğunu gören xalqımız 2003-cü il oktyabrın 15-de keçirilen seçkilerde bu siyasetin layiqli davamçısı kimi cenab İlham Eliyevi destekleyerek 76,8 faiz sesle onu özüne yeni Prezident seçdi. Cenab İlham Eliyevin ali dövlet vezifesinde ilk günlerden başlayaraq nümayiş etdirdiyi yüksek idareçilik mehareti, qetiyyetli ve milli maraqlara söykenen daxili ve xarici siyaseti, seçkiqabağı teşviqat dövründe seslendirdiyi “Men her bir azerbaycanlının prezidenti olacağam!” ifadesi qısa müddetde ona xalq arasında geniş populyarlıq, sonsuz inam ve etibar qazandırdı. Ele bu sebebden 2008, 2013 ve 2018-ci illerde keçirilen prezident seçkilerinde de İlham Eliyev yeniden inamlı qelebe qazandı. Oktyabrın 15-de Prezident İlham Eliyevin dövlet başçısı kimi fealiyyetinin 15 ili tamam olur. Bununla elaqedar olaraq, cenab İlham Eliyevin Azerbaycan Respublikasının Prezidenti postundakı fealiyyetinin 15 illiyi haqqında bezi düşüncelerimi oxuculara çatdırmaq isteyirem.

Ümumi formada qiymetlendirsek, cenab İlham Eliyev özünün 15 illik prezidentliyi dövründe, ilk növbede,ümummilli lider Heyder Eliyev terefinden temeli qoyulmuş vetendaş birliyi platformasına söykenerek daxili ictimai-siyasi sabitliyi daha da möhkemletmiş, ehalinin tehlükesizliyini, insanların esas hüquq ve azadlıqlarını, ölkenin emin-amanlığını temin etmiş, vetendaşların rifah halının getdikce yükselmesine nail olmuşdur. Hazırda tereddüd etmeden söylemek olar ki, daxili milli-vetendaş birliyi, hakimiyyetin yürütdüyü siyasetin geniş ehali terefinden desteklemesi esasında berqerar olmuş möhkem ictimai-siyasi sabitlik emsalına göre Azerbaycan postsovet mekanında birinci yerde dayanır. Bununla yanaşı, diger esas daxili inkişaf parametrleri - makroiqtisadi sabitlik, dinamik inkişaf eden iqtisadiyyat, sosial ve menevi teminat sisteminin dinamikası, müsbet demoqrafik veziyyet, miqrasiya ve urbanizasiya proseslerinin dövletin nezareti altında saxlanması, dövlet idareçiliyinin effektivliyi ve s. üzre de Azerbaycan son 15 ilde region ölkeleri içerisinde birinci üçlükde öz yerini möhkemlendirmişdir.

İkincisi, Prezident İlham Eliyevin yürütdüyü uğurlu daxili ve xarici siyaset, formalaşdırdığı semereli dövlet idareçiliyi sayesinde son 15 ilde Azerbaycanın regional ve beynelxalq nüfuzu getdikce artmış, Xezer-Qara deniz hövzesi ve Cenubi Qafqazdakı geosiyasi, geoiqtisadi ve herbi-geostrateji mövqeleri daha da güclenmişdir. Ölkenin tebii ehtiyatlarından, coğrafi mövqeyinden, maddi, menevi ve insan resurslarından semereli istifadeye, transmilli neqliyyat-kommunikasiya ve enerji dehlizleri sahesinde heyata keçirilen uğurlu regional siyaset ve düzgün mövqe seçimine, daxili ve xarici siyasetin müsteqillik emsalına, sosial-iqtisadi inkişafın davamlılıq ve dinamiklik göstericilerine, gelecek inkişaf potensialına ve diger parametrlerine göre de hazırda Azerbaycan regionun özünü tam temin eden dövletleri sırasında ilk üçlükde qerarlaşmışdır.

Ayrı-ayrı saheler üzre tehlil aparsaq görerik ki, son 15 ilde Prezident İlham Eliyevin rehberliyi ile Azerbaycanda demokratik tesisatların möhkemlendirilmesi, siyasi plüralizmin, insan hüquq ve azadlıqlarının temin edilmesi, vetendaş cemiyyeti institutlarının güclendirilmesi istiqametinde ardıcıl siyaset heyata keçirilmişdir. Mehz bunun neticesidir ki, hazırda ölkede 55 siyasi partiya, 3 minden çox qeyri-hökumet teşkilatı (4 minden çox qeyri-kommersiya teşkilatı), 5 minden çox kütlevi informasiya vasitesi, habele sıralarında 2 milyona yaxın insanı birleşdiren hemkarlar ittifaqları serbest fealiyyet gösterir.

2012-ci ilde “Siyasi partiyalar haqqında” Qanuna edilmiş elavelere göre, siyasi partiyaların fealiyyetinin maliyyeleşdirilmesi üçün her il dövlet büdcesinden vesait ayrılır. Siyasi partiyalar ölkede azad, şeffaf ve demokratik şeraitde keçirilen prezident, parlament ve belediyye seçkilerinde feal iştirak edir. Bu ise Azerbaycanda siyasi plüralizmin ve çoxpartiyalı demokratik siyasi sistemin formalaşdığını gösterir.

Ölkede vetendaş cemiyyeti institutlarının, o cümleden qeyri-hökumet teşkilatlarının müsteqilliyinin ve maliyye imkanlarının artırılmasına ciddi ehemiyyet verilir. Cenab Prezidentin serencamları ile 2007-ci ilde “Qeyri-Hökumet Teşkilatlarına Dövlet Desteyi Konsepsiyası” tesdiq edilmiş, bu sahede ixtisaslaşmış qurum kimi Azerbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumet Teşkilatlarına Dövlet Desteyi Şurası yaradılmışdır. 2008-ci ilde fealiyyete başlayan Şura ictimai teşebbüsleri destekleyerek QHT-lerin minlerle layihesini maliyyeleşdirmişdir.

Azerbaycanda söz ve melumat azadlığının temin olunması, demokratik, plüralist metbuatın formalaşması dövlet siyasetinin esas istiqametlerinden birini teşkil edir. Prezident İlham Eliyev keçen dövr erzinde KİV-lerin maddi-texniki bazasının möhkemlendirilmesi, jurnalistlerin sosial müdafiesinin güclendirilmesi istiqametinde çoxsaylı qerarlar qebul etmiş, müvafiq ferman ve serencamlar imzalamışdır. Hazırda ölkede KİV-lerin ümumi sayı 5 mini, Az.domeninde qeydiyyata alınmış internet saytlarının sayı ise 20 mini ötmüşdür. 10 milyona yaxın ehalinin 80 faizi internet, 3 milyona qederi ise sosial şebeke istifadeçisidir. Azerbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional, 17 kabel, 25 internet (İP) televiziyası, 16 radio fealiyyet gösterir. 2005-ci ilde ikinci dövlet kanalının bazasında İctimai Televiziya ve Radio Yayımları Şirketi tesis edilmiş ve fealiyyete başlamışdır.

2008-ci ilde cenab Prezident “Azerbaycan Respublikasında kütlevi informasiya vasitelerinin inkişafına dövlet desteyi Konsepsiyası”nın tesdiq edilmesi, 2009-cu ilde ise Azerbaycan Respublikasının Prezidenti yanında Kütlevi İnformasiya Vasitelerinin İnkişafına Dövlet Desteyi Fondunun yaradılması haqqında serencamlar imzalamışdır. İndiye qeder Fond vasitesile medianın inkişafına ümumilikde 60 milyon manat vesait yöneldilmişdir. Bundan başqa, cenab İlham Eliyevin serencamlarına esasen jurnalistler üçün dövlet hesabına 410 menzilden ibaret iki yaşayış binası tikilmiş ve KİV nümayendelerinin istifadesine verilmişdir. Hazırda 255 menzilden ibaret üçüncü binanın tikintisi davam edir.

Prezident İlham Eliyevin hakimiyyeti illerinde siyasi sferada olduğu kimi, iqtisadi sahede de ciddi uğurlar qazanılmışdır. Onun rehberliyi ile son 15 ilde heyata keçirilmiş ardıcıl ve meqsedyönlü iqtisadi siyaset neticesinde ölkede planlı sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid prosesinin başa çatması temin edilmişdir. Bu dövrde ÜDM-de özel sektorun payı 80 faizi ötmüş, makroiqtisadi sabitlik möhkemlendirilmiş, reqabetqabiliyyetliliyine göre Azerbaycan iqtisadiyyatı MDB mekanında birinci yere yükselmişdir. 2004-2018-ci iller erzinde iqtisadiyyatın şaxelendirilmesi, qeyri-neft sektorunun ve bölgelerin davamlı yükselişi meqsedile regionların sosial-iqtisadi inkişafına dair üç dövlet proqramı icra olunmuşdur. Hazırda dördüncü proqramın qebul edilmesine hazırlıq görülür.

Öten dövr erzinde qeyri-neft senayesi ardıcıl şekilde inkişaf etdirilmiş, ölke iqtisadiyyatı üçün mühüm ehemiyyet kesb eden ve müasir texnologiyalara esaslanan minlerle yeni müessise fealiyyete başlamışdır. 2014-cü ilin dekabrında tesdiq edilmiş “Azerbaycan Respublikasında senayenin inkişafına dair 2015-2020-ci iller üçün Dövlet Proqramı”na uyğun olaraq, ölke erazisinde çoxsaylı senaye parkı ve mehelleleri, texnoparklar (Sumqayıt, Balaxanı, Mingeçevir, Qaradağ, Pirallahı, Neftçala, Masallı ve s.) yaradılmış, istehsal sahelerinin genişlendirilmesi, qeyri-neft senayesinin ixrac imkanlarının artırılması ve innovativ istehsalın inkişaf etdirilmesi istiqametinde ciddi tedbirler görülmüşdür. Sumqayıtda alüminium, karbamid, plastik emalı zavodları, “SOCAR Polymer” şirketinin polipropilen ve yüksek sıxlıqlı polietilen zavodları (bu zavodlara qoyulan sermayenin hecmi 800 milyon dollardan çoxdur), Balaxanıda meişet tullantılarının tekrar emalı zavodu, Bakı gemiqayırma zavodu, Gence, Naxçıvan ve Neftçalada avtomobil zavodları, Sumqayıt, Gedebey ve Daşkesende qızıl-mis emalı zavodları, Gence alüminium yarımfabrikatı, kend teserrüfatı texnikası zavodları ve diger senaye müessiseleri hemin illerde istifadeye verilerek ölkenin iqtisadi potensialının güclendirilmesinde mühüm rol oynayır.

Aqrar sektorda heyata keçirilen islahatlar, kend teserrüfatı mehsulları istehsalçılarına edilen güzeşt ve yardımlar ölke iqtisadiyyatında bu sahenin ardıcıl inkişafına zemin yaratmışdır. 2003-2018-ci illerde meliorasiya tedbirlerine ayrılan vesaitin hecmi 6 defe, bu saheye esaslı kapital qoyuluşu 21 defe artmışdır. Ölkede 4 iri su anbarı (Taxtakörpü, Şemkirçay, Göytepe ve Tovuzçay), 4 min kilometr suvarma kanalları, 2,4 min kilometr kollektor-drenaj şebekeleri tikilmiş ve berpa olunmuş, 360 min hektar torpağın su teminatı, 264 min hektar sahede meliorativ veziyyet yaxşılaşdırılmış, 219 min hektar yeni suvarılan torpaq sahesi ekin dövriyyesine daxil edilmişdir. Prezident İlham Eliyevin teşebbüsü ile enenevi kend teserrüfatı sahelerinin, o cümleden pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük, çayçılıq, sitrus meyveçiliyi, çeltikçilik ve arıçılığın dirçeldilmesi, fındıq, badam, xurma, zeytun, nar bağlarının genişlendirilmesi istiqametinde görülen işler ölkenin ixrac potensialını ehemiyyetli derecede artırmışdır.

On beş il erzinde Azerbaycan iqtisadiyyatı 3,2 defe, qeyri-neft sektoru 2,8 defe, senaye istehsalı 2,6 defe, kend teserrüfatı 1,7 defe artmış, qeyri-neft ixracı 4,1 defe çoxalmışdır. Azerbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illerde ölke iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Müsteqillik dövründe Azerbaycana yatırılan sermayenin 93 faizini teşkil eden hemin investisiyanın texminen yarısı daxili menbelerin payına düşür.

Prezident İlham Eliyevin rehberliyi ile Azerbaycanda neheng transmilli energetika ve neqliyyat layiheleri heyata keçirilmiş, 2006-cı ilde Xezer ve Aralıq denizlerini birleşdiren Bakı–Tbilisi–Ceyhan esas ixrac neft kemeri (uzunluğu 1767 kilometr), 2007-ci ilde Bakı–Tbilisi–Erzurum qaz kemeri (uzunluğu 980 kilometr) istifadeye verilmişdir. 2014-cü il sentyabrın 20-de Avropanın enerji tehlükesizliyinin, hemçinin Azerbaycanın perspektiv inkişafının ve iqtisadi maraqlarının temin edilmesinde böyük rol oynayacaq Cenub Qaz Dehlizinin temeli qoyulmuşdur. Uzunluğu 3500 kilometr, deyeri 40 milyard dollardan çox olan bu qlobal layihenin icrası süretle getmiş ve 2018-ci il mayın 29-da Bakıda Cenub Qaz Dehlizinin, iyunun 12-de ise onun terkib hissesi olan TANAP boru kemerinin resmi açılış merasimi keçirilmişdir. TAP layihesinin icrası ise qrafik üzre davam etdirilir. 1994-cü il sentyabrın 20-de Bakıda imzalanmış “Xezer denizinin Azerbaycan sektorunda yerleşen “Azeri”, “Çıraq” yataqlarının ve “Güneşli” yatağının derinlikde yerleşen hissesinin birge işlenmesi ve hasilatın pay bölgüsü haqqında Saziş”in (“Esrin müqavilesi”) müddeti 2017-ci il sentyabrın 14-de 2050-ci ile qeder uzadılmışdır. Yeni şertlere göre SOCAR-ın payının 11 faizden 25 faize qaldırılması, menfeet neftinin 75 faizinin Azerbaycana verilmesi nezerde tutulmuşdur. Bundan elave, 8 il erzinde xarici investorlar terefinden ölkeye beraber hisselerle bonus kimi 3,6 milyard dollar ödenilecekdir. Müqavilenin müddetinin uzadılması Azerbaycanda uzun iller bundan sonra da neftin hasilat seviyyesinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun temin olunmasına imkan yaratmışdır.

Prezident İlham Eliyevin teşebbüsü ile Avropa ve Asiyanı birleşdiren Şerq-Qerb ve Şimal-Cenub beynelxalq neqliyyat dehlizlerinin yaradılması istiqametinde böyük işler görülmüşdür. Temeli 2007-ci ilde qoyulmuş Bakı–Tbilisi–Qars demir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda resmi açılışı olmuşdur. Azerbaycanın Rusiya Federasiyası, İran ve Gürcüstanla serhedine qeder yeni magistral avtomobil yolları tikilmişdir. 2018-ci il sentyabrın 18-de 204 kilometr uzunluğunda yeni Elet-Astara-İran İslam Respublikası ile dövlet serhedi magistral avtomobil yolunun istifadeye verilmesi ile Azerbaycan erazisinde “Şimal-Cenub” neqliyyat dehlizi layihesinin reallaşması üçün bütün işler başa çatdırılmışdır. Azerbaycan siyasi, iqtisadi ve strateji baxımdan böyük ehemiyyete malik hemin beynelxalq neqliyyat dehlizlerinde feal iştirak etmekle Avrasiyada mühüm tranzit ve logistika merkezlerinden birine çevrilmişdir.

Cenab İlham Eliyevin prezidentliyi dövründe Azerbaycan dünyada sayı mehdud olan kosmik ölkeler sırasına qoşulmuşdur. 2010-cu ilde “Azerkosmos” Açıq Sehmdar Cemiyyeti yaradılmış, 2013-cü il ölkede “İnformasiya Texnologiyaları İli” elan edilmişdir. Hemin il fevralın 8-de Azerbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ilde ikinci – Yer sethini müşahide eden “Azersky” peyki, bu ilin sentyabrında ise daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbite çıxarılmışdır.

Son 15 ilde ölkenin sosial-medeni ve teserrüfat infrastrukturu tamamile yenilenmişdir. Bu dövrde 3100-den çox mekteb, 642 tibb müessisesi tikilmiş, yaxud esaslı temir edilmişdir. Yüzlerle tarixi binada, muzey, teatr ve kitabxanada geniş yenidenqurma işleri heyata keçirilmiş, ölkenin bütün ali tehsil ocaqları, hemçinin AMEA-nın nezdinde olan institut ve müessiseler temir edilerek yeni avadanlıqla techiz olunmuşdur. Ölkede 15 min kilometr yol çekilmiş, 443 körpü inşa olunmuşdur. Bakıda 4 yeni metro stansiyası istifadeye verilmiş, bir neçe stansiyada yenidenqurma işleri aparılmışdır. Xezer denizinde en böyük beynelxalq deniz limanı – Elet Deniz Ticaret Limanı fealiyyete başlamışdır. Azerbaycanda 7 hava limanı tamamile yeniden qurularaq istifadeye verilmişdir. Onlardan altısı (Bakı, Gence, Naxçıvan, Lenkeran, Qebele, Zaqatala) beynelxalq hava limanı statusu almışdır. Bakının Heyder Eliyev Beynelxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 esas hava limanı sırasına daxil olmuşdur.

2003-2018-ci iller erzinde ölkede ümumi generasiya gücü 2500 MVt olan 30 elektrik stansiyası tikilib istifadeye verilmiş ve Azerbaycan regionda elektrik enerjisi ixracatçısına çevrilmişdir. İlin sonuna qeder 400 meqavat gücünde daha bir elektrik stansiyası da (“Şimal-2”) istifadeye verilecekdir. Bölgelerde qazlaşdırma süretle aparılmış ve ölke üzre tebii qaz techizatı 51 faizden 95 faize yükselmişdir. Neheng Oğuz–Qebele–Bakı su kemeri layihesi icra edilmiş, Ceyranbatanda dünyanın en böyük sutemizleyici qurğusu inşa olunmuş, regionlarda çoxsaylı subartezian quyuları qazılmış, çaylar boyu yüzlerle modul tipli kiçik sutemizleyici qurğular istifadeye verilmiş, ehalinin fasilesiz içmeli su ile teminatı yaxşılaşdırılmışdır.

Prezident İlham Eliyevin teşebbüsü ile ehalinin sosial müdafiesini güclendirmek istiqametinde ciddi tedbirler heyata keçirilmişdir. Bu meqsedle vetendaşların tebii qazdan, içmeli su ve kanalizasiya xidmetlerinden istifadeye göre evvelki illerde yaranmış borcları (müvafiq olaraq 327 milyon ve 294,2 milyon manat) tam silinmiş, sovet dövründen qalmış emanetlere göre 1 milyard manat kompensasiya ödenilmişdir. 15 il erzinde ölkede 1,9 milyon yeni iş yeri açılmış, maaşlar 5 defeden, pensiyalar ise 8 defeden çox artırılmış, işsizlik seviyyesi 5 faize, yoxsulluq ise 49 faizden 5,4 faize endirilmişdir.

Cenab İlham Eliyev prezidentliyi dövründe ölkede ictimai ve sosial xidmetler sahesinde ciddi institusional islahatlar aparmışdır. Onun müvafiq ferman ve serencamı ile 2012-ci ilde Azerbaycan Respublikasının Prezidenti yanında Vetendaşlara Xidmet ve Sosial İnnovasiyalar Agentliyi tesis edilmiş, dövlet orqanları terefinden ehaliye gösterilen xidmetleri vahid sistemde birleşdiren “ASAN xidmet” merkezleri yaradılmışdır. Bu merkezlere 2013–2018-ci iller erzinde 24 milyona yaxın müraciet daxil olmuş, xidmetlerin ehali arasında beyenilme emsalı 100 faize yaxınlaşmışdır. Dünyada Azerbaycanın brendi kimi tanınmış “ASAN xidmet” modeli artıq başqa ölkelerde de tetbiq edilir. Prezident İlham Eliyev 2018-ci ilin avqustunda ehalinin meşğulluğu, emek ve sosial müdafiesi ile bağlı çevik ve innovativ xidmetler gösterilmesi üçün Emek ve Ehalinin Sosial Müdafiesi Nazirliyinin nezdinde "Dayanıqlı ve Operativ Sosial Teminat Agentliyi"ni (DOST) yaratmışdır.

Prezident İlham Eliyev şehid aileleri, müharibe veteranları ve elillerine daim xüsusi qayğı ile yanaşır. Son 15 il erzinde şehid ailelerine ve müharibe elillerine dövlet hesabına 5500-den çox ferdi ev ve menzil, 6 minden çox minik maşını verilmişdir. İlin sonuna qeder hemin kateqoriyadan olan daha 500 neferin yeni menzillerle temin olunacağı nezerde tutulmuşdur. Azerbaycan Prezidenti bu meqsedle Prezidentin ehtiyat fondundan 20 milyon manat vesait ayırmışdır.

2003-2018-ci illerde mecburi köçkünlerin problemlerinin helli sahesinde genişmiqyaslı işler görülmüş, ölkedeki bütün çadır düşergeleri, fin tipli qesebeler leğv edilmiş, yeni salınmış 100-den artıq qesebe ve şehercikde 265 min nefer meskunlaşdırılmışdır. 2016-cı ilin aprel ayında tehlükesiz yaşayışı temin olunmuş Cocuq Mercanlı kendi (Cebrayıl rayonu) qısa müddet erzinde berpa edilmiş, orada 150 evden ibaret qesebe tikilmiş ve köçkünler öz doğma yurdlarına qayıtmışlar. Eyni zamanda, işğaldan azad olunmuş Şıxarx qesebesinde (Terter rayonu) 1170 aile üçün yeni şehercik salınmışdır. Bu ilin doqquz ayında 2900 mecburi köçkün ailesi evlerle, menzillerle temin olunmuşdur. İlin sonuna qeder daha 2800 ailenin ev ve ya menzillerle temin edilmesi nezerde tutulmuşdur. Tesadüfi deyil ki, ölke ehalisinin sosial rifahının yaxşılaşdırılması, habele Minilliyin İnkişaf Meqsedlerinin heyata keçirilmesi istiqametinde böyük xidmetlerine göre cenab İlham Eliyev 2015-ci ilde BMT-nin “Cenub-Cenub” mükafatı ile teltif olunmuşdur.

Prezident İlham Eliyevin rehberliyi ile Azerbaycan Ordusunun döyüş qabiliyyetinin artırılması, silahlı qüvvelerin maddi-texniki bazasının möhkemlendirilmesi sahesinde ardıcıl tedbirler görülmüşdür. 2005-ci ilde yaradılmış Azerbaycan Respublikası Müdafie Senayesi Nazirliyinin müessiselerinde 1200 adda herbi teyinatlı mehsul istehsal edilir. Beynelxalq reytinqlere göre, Azerbaycanın Silahlı Qüvveleri hazırda dünyada en güclü 50 ordu sırasında yer tutur. 2016-cı il aprel ayının evvelinde cebhe xettinde Ermenistanın növbeti herbi texribatı ile üzleşen ordumuz eks-hücuma keçerek işğalçılara güclü zerbeler endirmiş ve qısa müddetde Ağdere, Cebrayıl, Füzuli rayonlarında iki min hektar erazini düşmenden azad etmiş, işğal altında qalan torpaqlara nezaret etmek imkanını artırmışdır. 2018-ci ilin may ayında ise Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox erazisi, o cümleden Şerur rayonunun Günnüt kendi düşmenden azad edilmiş, dövlet serhedi boyunca elverişli yükseklikler ele keçirilmiş, Yerevan–Gorus–Laçın yolu nezarete götürülmüşdür.

Prezident İlham Eliyev Ermenistan-Azerbaycan Dağlıq Qarabağ problemi ile bağlı prinsipial mövqe ifade etmişdir: “Azerbaycan heç vaxt öz erazi bütövlüyünün pozulması ile barışmayacaq, torpaqlarında ikinci ermeni dövletinin yaranmasına yol vermeyecekdir. Ölkemizin erazi bütövlüyü tam berpa edilmeli, azerbaycanlılar ezeli yurdlarına qayıtmalıdırlar”. 2003-2018-ci illerde ATET-in Minsk qrupu çerçivesinde aparılan danışıqlarla yanaşı, nüfuzlu beynelxalq teşkilatlar terefinden Dağlıq Qarabağ münaqişesine dair mühüm qerarların qebul edilmesine nail olunmuşdur. BMT Baş Assambleyasının 60-cı (2006) ve 62-ci (2008) sessiyalarının qebul etdiyi “Azerbaycanın işğal edilmiş erazilerinde veziyyet” adlı qetnamelerde zebt olunmuş Azerbaycan erazilerinde ermenilerin meskunlaşdırılması, orada yanğınlar töredilmesi faktları pislenilmiş, BMT Tehlükesizik Şurasının 822, 853, 874 ve 884 nömreli qetnamelerinin yerine yetirilmesinin vacibliyi vurğulanmışdır. AŞPA-nın (1416 saylı “ATET-in Minsk Konfransının meşğul olduğu Dağlıq Qarabağ bölgesi üzerinde münaqişe”, 2005), Avropa Parlamentinin (“Avropa İttifaqının Cenubi Qafqazda strategiyasına dair teleb”, 2010) qetnamelerinde, Avropa İttifaqının “Şerq terefdaşlığı” Sammitinin Beyannamesinde (2017) ve Avropa İttifaqı – Azerbaycan “Terefdaşlıq Prioritetleri” razılaşmasında (2018), Qoşulmama Herekatı dövlet ve hökumet başçılarının XVI (Tehran, 2012) ve XVII (Marqarita, 2016) sammitlerinin, İET-in XI (Seneqal, 2008) ve XII (Misir, 2013) zirve toplantılarının yekun senedlerinde, ECO-nun 13-cü sammitinin (İslamabad, 2017) yekun beyanatında Azerbaycanın erazi bütövlüyü ve suverenliyine, beynelxalq seviyyede tanınmış serhedlerinin toxunulmazlığına hörmet ifade edilmiş, münaqişenin mehz bu prinsipler esasında hellinin vacibliyi qeyd olunmuşdur. Eyni zamanda, NATO-nun 2006-cı ilden beri keçirilen zirve toplantılarının, o cümleden Nyuport (2014), Varşava (2016) ve Brüssel (2018) sammitlerinin yekun kommunikelerinde Cenubi Qafqazdakı münaqişelerin ölkelerin erazi bütövlüyü, suverenliyi ve Helsinki Yekun Aktına esaslanaraq helli prinsipinin öz eksini tapması Azerbaycanın menafeyine cavab verir.

Prezident İlham Eliyevin milli maraqlara söykenen xarici siyaseti neticesinde Azerbaycan müsteqil mövqeyi ile seçilen dövlet kimi tanınmış, onun beynelxalq nüfuzu getdikce yükselmişdir. 2011-ci ilde Azerbaycan 155 dövletin desteyi ile BMT Tehlükesizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövletin temsil olunduğu Qoşulmama Herekatına üzv qebul edilmişdir. 2019-2022-ci iller Azerbaycan Respublikasının Herekata sedrlik dövrüdür. Azerbaycan Avropa İttifaqına üzv olan 9 ölke ile strateji terefdaşlıq elaqeleri qurmuş ve müvafiq senedler imzalamışdır.

Prezident İlham Eliyev milli-menevi deyerlerin, dini etiqad azadlığının, konfessional ve etnik rengarengliyin, multikulturalizm ve tolerantlıq enenelerinin qorunub saxlanmasını ve inkişafını temin etmişdir. 2003-2018-ci iller erzinde ölkede 220-den çox mescid, kilse, sinaqoq tikilmiş ve ya berpa olunmuşdur. Xüsusi dini-menevi ve tarixi-medeni ehemiyyet kesb eden Bibiheybet mescid-ziyaretgah kompleksinde, Tezepir, Ejderbey, İçerişeher Cüme ve Hezret Mehemmed mescidlerinde temir ve yenidenqurma işleri aparılmışdır. Şamaxı Cüme mescidi ve Gencede “İmamzade” dini-medeniyyet abidesi esaslı berpa edilmiş, Bakıda Qafqazın en böyük mescidi olan Heyder Mescidi (2014), Hacı Cavad Mescidi (2018) ve dağ yehudileri üçün sinaqoq (2011) tikilerek dindarların istifadesine verilmişdir. Hazırda ölke erazisinde 2250 mescid, 14 kilse, 7 sinaqoq serbest fealiyyet gösterir.

Prezident İlham Eliyevin serencamları ile Bakı Beynelxalq Multikulturalizm Merkezi yaradılmış (2014), 2016-cı il Azerbaycanda “Multikulturalizm İli” elan edilmişdir. Azerbaycan sivilizasiyalararası dialoq, tolerantlıq ve humanitar emekdaşlıq mövzusunda çoxsaylı beynelxalq tedbirlere ev sahibliyi etmiş, bir sıra qlobal teşebbüsler ireli sürmüşdür. 2008-ci ilde Bakıda Avropa Şurasına üzv dövletlerin medeniyyet nazirlerinin toplantısına İslam ölkeleri medeniyyet nazirleri de devet edilmişdir. Hemin forumda Azerbaycan Prezidenti sivilizasiyalar, xalqlar ve medeniyyetler arasında dialoq ve emekdaşlığın inkişafı namine “Bakı Prosesi” teşebbüsü ile çıxış etmişdir. Sonrakı illerde bu çerçivede çoxsaylı beynelxalq tedbir ve layiheler heyata keçirilmişdir.

Prezident İlham Eliyev genclerin sosial, tehsil, karyera ve medeni inkişaf meselelerinin hellini temin etmek meqsedile 2005-2021-ci illeri ehate eden 3 dövlet proqramı tesdiq etmişdir. Eyni zamanda, “2007–2015-ci illerde Azerbaycan genclerinin xarici ölkelerde tehsili üzre Dövlet Proqramı” çerçivesinde minlerle genc xarici ölkelerin qabaqcıl tedris ocaqlarında tehsil almağa gönderilmişdir. Ölke genclerinin elm, tehsil, medeniyyet ve diger sahelere yönelmiş layihelelerin reallaşdırılmasına kömek gösterilmesi, onların fealiyyetinin stimullaşdırılması meqsedile 2011-ci ilde Gencler Fondu yaradılmış, 2013-cü ilde gencler üçün Prezident mükafatı tesis edilmişdir.

Prezident İlham Eliyevin qayğısı sayesinde ölkede idman ve beden terbiyesi sahesinde süretli inkişaf prosesi getmiş, böyük uğurlar elde edilmişdir. Bakıda ve bölgelerde 43 Olimpiya İdman Kompleksi, xeyli sayda idman qurğuları, stadionlar ve diger idman meydançaları tikilib istifadeye verilmiş, mövcud idman obyektleri yeniden qurulmuşdur. Azerbaycan idmançıları ilden-ile öz neticelerini yaxşılaşdırır, yüksek nailiyyetler elde edirler. İdmançılarımız 2004-cü il Afina Olimpiadasında 5 medal (1 qızıl, 4 bürünc), 2008-ci il Pekin Olimpiadasında 6 medal (1 qızıl, 1 gümüş ve 4 bürünc), 2012-ci il London Olimpiadasında 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc), 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarında ise 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanmışlar. Sonuncu Olimpiya oyunlarında qazanılmış medalların sayına göre Azerbaycan dünyada 14-cü, Avropada 7-ci, MDB ölkeleri arasında 2-ci, müselman aleminde ise 1-ci olmuşdur.

2015-ci ilde Azerbaycan tarixde ilk defe keçirilen Avropa Oyunlarına ev sahibliyi etmişdir. 50 ölkeni temsil eden 6 min idmançının iştirak etdiyi Oyunlarda komandamız ümumi hesabda 2-ci yeri tutmuş, 21-i qızıl olmaqla 56 medal qazanmışdır. 2017-ci ilin mayında Bakıda keçirilmiş IV İslam Hemreyliyi Oyunlarında ise Azerbaycan komanda hesabında 1-ci yere çıxmışdır. 2016-cı ilden etibaren Bakıda her il ümumi auditoriyası 500 milyon neferden çox olan “Formula 1” yarışları teşkil edilir.

Ümummilli lider Heyder Eliyevin müeyyenleşdirdiyi inkişaf strategiyasını, çoxşaxeli islahatlar proqramını yaradıcılıqla davam etdiren Prezident İlham Eliyevin rehberliyi altında Azerbaycan bir sıra qabaqcıl ölkelerin onillikler boyu keçdiyi inkişaf merhelesini süretle adlayaraq, postsovet mekanında keçid dövrünü başa vuran ilk ölke olmuşdur. Dünya Bankı, Avropa Yenidenqurma ve İnkişaf Bankı Azerbaycanda heyata keçirilen islahatlara yüksek qiymet vermişdir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına esasen, Azerbaycan iqtisadiyyatı reqabetqabiliyyetliliyine göre dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına göre ise 26-cı yerde qerarlaşmışdır (2017). Forumun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) Azerbaycan inkişaf etmekde olan 80 ölke arasında 3-cü yere yükselmişdir.

Eslinde, Azerbaycana gelen her bir kes möteber beynelxalq teşkilatların hesabat ve reytinqleri ile tanış olmasa bele, tekce paytaxt Bakı şeherine nezer salmaqla son 15 ilde böyük bir sıçrayışın baş verdiyine emin ola biler. Prezident İlham Eliyevin müeyyen etdiyi inkişaf konsepsiyasına esasen 2003-2018-ci illerde heyata keçirilen abadlıq ve quruculuq işleri sayesinde Bakı dünyanın en gözel şeherlerinden birine, regionun biznes ve medeniyyet merkezine, celbedici turizm ve istirahet mekanına çevrilmişdir. Şeherin tarixi görkemi müasir ve zövqlü tikililerle tamamlanmış, Bakının yeni simvol ve remzleri olan Heyder Eliyev Merkezi, Bayraq Meydanı, “Alov qülleleri”, “Baku Crystal Hall” ve diger inşaat kompleksleri dünyanın memarlıq incileri sırasına daxil olmuşdur. Şeherin ictimai-medeni ve neqliyyat-teserrüfat infrastrukturu müasir teleblere uyğunlaşdırılmış, yeni küçe, körpü ve yol ötürücüleri tikilmiş, yaşıllıq ve parklar salınmış, ekoloji şerait yaxşılaşdırılmış, denizkenarı bulvar 3,5 kilometrden 16 kilometre qeder uzadılmışdır. Paytaxt erazisinden çıxarılan senaye müessiselerinin yerinde modern tipli şehersalma layiheleri reallaşdırılmışdır.

Dövlet ve cemiyyet heyatının bütün sahelerinde fundamental deyişikliklerin baş verdiyi öten 15 il erzinde Azerbaycan xalqı hemişe öz liderine güvenmiş, ona en güclü dayaq olmuşdur. Prezident İlham Eliyev respublikamızın süretli inkişafından, qazanılan nailiyyetlerden behs ederken hemişe böyük fexrle bildirir ki, bu uğurların esasında mehz ölkedeki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhesiz, bu cür qarşılıqlı inam şeraitinde Prezident İlham Eliyev hele uzun iller xalqı öz arxasınca daha yüksek zirvelere ve böyük qelebelere doğru aparacaqdır.


Oxunub 8 defe