Xəbərlər ::

HADİSƏ :: AHİK-in sedr müavininin heyat yoldaşını qetle yetiren şexs hebsde öldü

09-09-2015 18:08

Azerbaycanda qetlde teqsirlendirilerek azadlıqdan mehrum edilen şexs ölüb.

 

Edliyye Nazirliyi Penitensiar Xidmetinin Tibb Baş İdaresinin reis müavini İftixar Qurbanovun APA-ya verdiyi melumata göre, nazirliyin Müalice Müessisesinde müalice olunan mehbus Elaqif Abbasov qefleten dünyasını deyişib: “Onun kamera yoldaşları da bildirdiler ki, qefleten tengnefes olub ve ölüb. Meyiti ekspertizaya gönderilib. Hansı sebebden öldüyü ekspertizanın reyinden sonra melum olacaq”.

 

Qeyd edek ki, 2013-cü il avqustun 14-de Hökmeli qesebesinde Azerbaycan Hemkarlar İttifaqları Konfederasiyasının (AHİK) sedr müavini Aqil Dadaşovun 1955-ci il tevellüdü heyat yoldaşı Elmira Xalid qızı Dadaşova Elaqif Abbasov terefinden bıçaqlanaraq qetle yetirib.

E. Abbasov ilkin ifadesinde eve oğurluq meqsedi ile girdiyini bildirib.

İstintaq zamanı Elaqif Abbasovun daha bir neçe evden oğurluq etmesi müeyyen edilib. Melumata göre, Daxili İşler Nazirliyinin  Baş Cinayetkarlıqla Axtarış İdaresi  ve Abşeron Rayon Polis Şöbesinin emekdaşları terefinden avqustun 16-da qesden adam öldürdüyüne göre tutulmuş Elaqif Abbasovun etrafında aparılmış emeliyyat tedbirleri neticesinde onun avqustun 11-de İbrahim Hüseynovun evinden 860 manat pul ve qızıl eşyalarını oğurlaması, avqustun 14-de Kenan Hüseynquliyevin evinden oğurluğa cehd göstermesi, habele cari ilin aprel-iyun ayları erzinde Çiçek qesebe sakini Elşen Celilovun, Hökmeli qesebe sakini Mirxas Ağayevin ve Kenan Memmedovun evlerinden pul, qızıl ve meişet eşyalarını oğurlaması da müeyyen edilib.

Bundan elave onun “Bereket-98” firmasının ofisinden içerisinde 100 manat ve möhür olan seyfi, Reyhan Müzefferovanın evinden 2850 manat pul oğurlaması da müeyyen edilib.

E. Abbasov Bakı Ağır Cinayetler Mehkemesinin hökmü ile ömürlük azadlıqdan mehrum edilib. Hökmden verilen apellyasiya şikayeti ise temin edilmeyib.

 

Onu da qeyd edek ki, E. Abbasov cezasını Qobustan hebsxanasında çekirdi. O, bir müddet evvel Edliyye Nazirliyinin Müalice Müessisesine köçürülüb.

 


Oxunub 292 defe