Xəbərlər ::

SİYASƏT :: Prezident “Qaçqın” statusu verilmesi haqqında Qayda"ya deyişiklik etdi

09-09-2015 18:17

Prezident İlham Eliyev “Qaçqın” statusu verilmesi haqqında vesatete baxılması Qaydası”nda deyişiklikler edilmesi barede ferman imzalayıb.

Payiz.Az-ın AzerTAc-a istinaden melumatına göre, fermana esasen “Qaçqın” statusu verilmesi haqqında vesatete baxılması Qaydası”nın 1-ci hissesinde aşağıdakı deyişiklikler edilib:

1. ikinci abzasın birinci cümlesinden “daxili işler orqanları terefinden”, “zeruret yarandıqda” ve “ve onun verdiyi melumatların düzgünlüyü yoxlanılanadek müveqqeti yerleşdirme merkezinde qalır” sözleri çıxarılıb;

2. aşağıdakı mezmunda yeddinci abzas elave edilib:

“Şexs (onunla birlikde gelen aile üzvleri) qaçqın statusu verilmesi barede vesatetle müraciet etdikde, o, “qaçqın” statusu verilmesi meselesi hell edilene qeder, Azerbaycan Respublikasının Miqrasiya Mecellesi ile müeyyen edilmiş qaydada Azerbaycan Respublikası Dövlet Miqrasiya Xidmetinin qanunsuz miqrantların saxlanılması merkezlerinde könüllü yerleşdirilir ve saxlanılır”.

 


Oxunub 170 defe