Xəbərlər ::

HADİSƏ :: Müdafie Nazirliyinden yeni kadr teyinatı ile bağlı AÇIQLAMA

09-09-2015 19:39

Müdafie Nazirliyi yeni kadr teyinatı barede yayılan xeberlere münasibet bildirib.

APA-nın sorğusuna cavab olaraq Müdafie Nazirliyinin metbuat xidmetinden bildirilib ki, bezi elektron KİV-de yayılan "Müdafie Nazirliyinde yeni idare reisi teyin edilib" xeberi heqiqete tam uyğun deyil”.

Qeyd edilib ki, polkovnik İlqar Memmedov uzun illerdir, herbi xidmetdedir ve artıq xeyli müddetdir ki, İşler İdaresinin reisi vezifesindedir.

Müdafie Nazirliyi bildirir ki, ehtiyatda olan İşler İdaresinin evvelki reisi, polkovnik Azad Esedovun vefatı onu tanıyanların hamısını kederlendirib:  “Merhumun ailesine derin hüznle başsağlığı verir ve ezizlerine sebir dileyirik. Bildiririk ki, Azad Esedov 2015-ci ilin mart ayından Emek Mecellesinin 68-ci maddesine esasen, "Tereflerden birinin teşebbüsü ile (xesteliyi ile elaqedar)" işden azad edilib”.

Xatırladaq ki, bu gün bezi saytlarda Müdafie Nazirliyinde yeni kadr teyinatı olması barede melumat yayılıb. Melumatda bildirilib ki, polkovnik İlqar Memmedov MN-in İşler İdaresinin reisi vezifesine teyin edilib.

Qeyd edilib ki, polkovnik Azad Esedov xesteliyi ile elaqedar öz xahişi ile vezifesinden azad edilib. O, sentyabrın 8-de dünyasını deyişib.

 


Oxunub 967 defe