Xəbərlər ::

DÜNYA :: Azerbaycanlı "qanuni oğru"nun dostları İŞİD-e qoşulub? - İDDİA

10-09-2015 15:57

Azerbaycanlı "qanuni oğru", kriminal alemde "Tolik Noginski" kimi tanınan 1983-cü il tevellüdlü Taleh Dağlıyevin yaxın dostları İraqda hebs olunublar.

 

APA TV-nin "Vesti.az"a istinaden melumatına göre, bu barede Rusiyanın Bağdaddakı sefirliyinden bildirilib.


Saxlanılanlar "qanuni oğrular" - "Tsirkaç" leqebli Oleq Piroqov ve "Sezar" ayaması ile tanınan Viktor Jarinovdur. Onlar İŞİD-le elaqede teqsirlendirirler.

 

Onlar vekille temin olunalar da, çox ağır şeraitde saxlandıqları qeyd olunur. İdmançı beden quruluşlu şexslerin 50 kiloqrama qeder arıqladıqları deyilir. Piroqov ve Jarinov Erbil şeherindeki hebsxanada ceza çekirler.


Kriminal avtoritetlerin yaxınları onların heç birinin terror teşkilatları ile elaqede olmadıqlarını açıqlayıblar. Onlar İraq erazisine Türkiye erazisinden daxil olublar.

 

Bu ilin fevral ayında Türkiyenin Antalya şeherinde "qanuni oğru" "Vadik Krasnodarski" leqebli Vadim İvanenko güllelenerek qetle yetirilib, onun yaxını Vladimir Jurakovski ise ağır yaralanıb. Bu hadisenin mehz İraqda saxlanılan şexsler terefinden töredildiyi istisna olunmur. Hemin hadiseden sonra Georgi Sorokin ve cinayetkar alemde "Monqol" kimi tanınan kriminal avtoritetler hebs olunub.


İvanenkonun "obşaka" yığılan texminen 6 milyon dolları menimsediyi üçün öldürüldüyü deyilir.

 


Oxunub 338 defe