Xəbərlər ::

SİYASƏT :: Eli Hesenov: "Avropa Parlamenti artıq reallıq hissini itirib"

11-09-2015 10:39

 Azerbaycan Respublikası Prezidentinin İctimai-siyasi meseleler üzre kömekçisi Eli Hesenov Avropa Parlamentinin Azerbaycanla bağlı qebul etdiyi qetnameni şerh edib.

 

APA-nın melumatına göre, E. Hesenov "AZERTAC"a bildirib ki, Azerbaycan müsteqil siyaset yürüden, demokratik, dinamik inkişaf eden ve yüksek beynelxalq nüfuza malik ölkedir: "Azerbaycanda vetendaş cemiyyeti inkişaf edir, her kesin fikir, söz ve melumat azadlığı temin olunub, siyasi partiyaların, qeyri-hökumet teşkilatlarının ve kütlevi informasiya vasitelerinin fealiyyeti üçün zeruri şerait yaradılıb. Bu gün ölkede onlarla siyasi partiya, yüzlerle QHT, media orqanı heç bir manee olmadan, serbest şekilde fealiyyet gösterir, internet azadlığı tam temin edilib. Azerbaycan Prezidenti İlham Eliyevin qeti mövqeyi ondan ibaretdir ki, müasir dövrde müsteqil siyasi kurs, liberal iqtisadi sistem ve güclü vetendaş cemiyyeti her bir ölkenin dinamik inkişafını temin eden başlıca vasitelerdir. Mehz buna göre de Azerbaycan dövleti demokratik prinsiplerin möhkemlendirilmesi, vetendaş cemiyyeti institutlarının daha da inkişaf etdirilmesi, onların fealiyyetinin stimullaşdırılması istiqametinde ardıcıl siyaset heyata keçirir".

 

Prezidentin kömekçisi qeyd edib ki, Azerbaycanın müsteqil siyaseti ve elde etdiyi mühüm nailiyyetler Qerbdeki bezi islamofob, ermeniperest daireleri qıcıqlandırır ve getdikce daha çox narahat edir: “Eminlikle demek olar ki, Avropa Parlamentinin Azerbaycana qarşı ardıcıl hemleleri, qebul etdiyi qeyri-obyektiv ve qerezli qetnameler de hemin dairelerin tehriki ve bu struktura davamlı tezyiqinin neticesidir. Azerbaycanda mühüm tedbirler erefesinde Avropa Parlamentinin kenardan idare olunan ayrı-ayrı fraksiyalarının feallaşması ve bu qurumun islamofob rehberliyinin de yaxından iştirakı ile ölkemizle bağlı absurd iddialardan ibaret qetnamelerin qebul olunması artıq adet halını almışdır. Azerbaycanda parlament seçkileri erefesinde qebul olunmuş növbeti qetname de bu qurumun rehberliyinin ve oradakı melum qrupun ölkemizin beynelxalq nüfuzuna yeniden zerbe vurmaq cehdinden başqa bir şey deyildir. Onlara xatırlatmaq isterdim ki, Azerbaycan Avropa İttifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir mesuliyyet daşımır ve buna göre de Avropa Parlamentinin qebul etdiyi hemin qetname bundan evvelki qerezli senedler kimi kağız parçasından başqa bir şey deyil”.

 

Qetnamede eks olunmuş iddialara geldikde, Eli Hesenov qeyd edib ki, şübheli menbelerden daxil olan informasiyalar esasında hazırlanmış subyektiv mülahizeler heç bir halda ciddi qebul oluna bilmez: “Her bir demokratik ölkede olduğu kimi, Azerbaycanda da hökumetin esas telebi ondan ibaretdir ki, vetendaş cemiyyeti institutlarının fealiyyetinde mövcud azadlıqlardan sui-istifade hallarına yol verilmesin, bu sahede şeffaflıq ve qanunların aliliyi temin olunsun. Ne Azerbaycan qanunlarında, ne de beynelxalq qanunvericilikde konkret cinayet emeli töretmiş her hansı peşe sahibi ile bağlı xüsusi imtiyaz nezerde tutulmamışdır. Azerbaycanda mehkemeler qerar çıxararken ayrı-ayrı siyasi dairelerin, ferdlerin iddialarını, arzu ve isteklerini deyil, qanunun teleblerini esas götürürler. Azerbaycanda konkret cinayet emellerine göre mesuliyyete celb olunmuş şexslerin bütün hüquqları temin olunur ve qanunla qadağan olunmayan ehtiyacları tam ödenilir. Azerbaycan Avropa İnsan Haqları Mehkemesinin yurisdiksiyasına daxildir ve yerli mehkemelerin qerarlarından hemin instansiyaya şikayet verile biler. Buna göre de konkret cinayet emelleri töretdiyi açıq mehkemede faktlar ve şahid ifadeleri esasında sübut olunmuş bezi şexslerin işini qerezli şekilde siyasileşdiren Avropa Parlamenti bununla hüququn aliliyine hörmetsizlik nümayiş etdirir”.

 

Prezidentin İctimai-siyasi meseleler üzre kömekçisi Qerbin yürütdüyü siyasetin bütün dünya üçün ağır fesadlar töretdiyini diqqete çatdıraraq deyib ki, Azerbaycanda insan haqlarının pozulduğunu iddia eden Avropa Parlamentibirbaşa müdaxile ve herbi tecavüz neticesinde vetendaş qarşıdurması arenasına çevrilmiş ölkelerin milyonlarla vetendaşının aqibetini düşünse, daha yaxşı olar: “Bu gün onlarla ölkenin iqtisadiyyatının çökmesi ve milli servetlerinin talan edilmesinde iştirak eden, yüz minlerle insanın öz ölkesini terk etmek mecburiyyetinde qalmasına sebebkar olan bezi Qerb liderlerine qarşı sanksiyaların tetbiq edilmesi daha mentiqli ve edaletli olardı. Avropa Parlamenti Avropa İttifaqı mekanında dini ve irqi ayrı-seçkilik, faşizm ve ksenofobiya kimi halların qarşısını almalı, media nümayendelerinin, QHT feallarının hüquqlarının pozulmasını araşdırmalı ve günahkarların cezalandırılmasını teleb etmelidir. Eli Hesenovun sözlerine göre, Azerbaycanda korrupsiya hallarının araşdırılmasını teleb eden Avropa ParlamentiAvropa İttifaqı ölkelerinde milyardlarla avro vesaitin müxtelif vasitelerle menimsenilmesi hallarına qiymet vermeli ve bu özbaşınalığa qarşı etiraz eden vetendaşların seslerinin susdurulmasına, etiraz aksiyalarının qeddar şekilde dağıdılmasına gösteriş veren memurların hüquqi mesuliyyete celb edilmesine nail olmalıdır: “Yaxşı olardı ki, Avropa Parlamenti Azerbaycanda vetendaş cemiyyetinin inkişaf etdirilmesi meqsedile Avropa İttifaqının ayırdığı milyonlarla avro vesaitin – Avropa vergiödeyicilerinin pullarının eslinde hansı meqsedlere xerclendiyini araşdırsın ve bu vesaitlerin havaya sovrulduğunu anlasın. Bu günlerde keçirilmiş mehkeme proseslerinde tesdiq olundu ki, bezi QHT rehberleri Azerbaycan qanunvericiliyinin teleblerini kobud şekilde pozmaqla xaricden aldıqları qrantları Avropada mülkler elde etmeye, özlerinin debdebeli heyat terzine ve şexsi bank hesablarını doldurmağa xercleyibler”.

 

Avropa Parlamentinin beynelxalq teşkilatları Azerbaycan Milli Meclisine seçkilere müşahide missiyası göndermekden çekindirmek çağırışına münasibetde Eli Hesenov qeyd edib ki, bu qurumun artıq reallıq hissini itirdiyini ve müxtelif dairelerin elinde oyuncağa çevrildiyini açıq şekilde gösterir: “Bu günlerde Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Strasburqda avroparlamentariler qarşısında çıxışı zamanı baş veren bir insidentle bağlı istehza ile demişdi ki, Avropa Parlamentine her cür adam düşe biler. Onun fikrini inkişaf etdirerek bildirmek isterdim ki, Avropa Parlamenti hem de her cür absurd ve gülünc qetname qebul ede biler. Bu qurumun tecrübesinde bele hallar defelerle olub ve Azerbaycanla bağlı qebul olunmuş sonuncu qetname de bir daha bunu tesdiq edir”.

 

Azerbaycanla Avropa İttifaqı arasında münasibetlerin perspektivine geldikde, Eli Hesenov bildirib ki, Azerbaycan dövleti terefdaşlıq elaqelerini, beraberhüququlu emekdaşlığı davam etdirmeye hazır olduğunu defelerle beyan edib ve bu gün de öz mövqeyinde qalır. Lakin Azerbaycan heç vaxt kimlerinse dominantlıq iddiasını qebul etmeyecek, “böyük-kiçik” münasibetlerini tetbiq etmek cehdlerine yol vermeyecekdir. Artıq bu heqiqeti anlamağın ve münasibetlerin pozulmasına yönelmiş cehdlerden el çekmeyin zamanıdır.


Oxunub 492 defe