Xəbərlər ::

HADİSƏ :: Xetaide "abadlaşdırma" kuryozu

11-09-2015 12:59

Prezident İlham Eliyevin Xetai rayonu, Ehmedli qesebesindeki 5 saylı texniki-peşe liseyinin açılışında iştirak edeceyi gözlenilir.

 

Virtualaz.org saytı xeber verir ki, yerli icra hakimiyyeti orqanları dövlet başçısının gelişi erefesinde qesebede müeyyen abadlıq işleri görübler.

 

Lakin liseyin yaxınlığındakı erazilerin abadlaşdırılması zamanı kuryozlar da olub. Bu da ondan ibaretdir ki, hemin erazinin yalnız mehdud bir hissesi abadlaşdırılıb. Memurlar yalnız prezidentin gözüne deye bilecek erazilerde asfaltlama, rengleme ve temir işleri aparıblar, qalan yerler ise evvelki kimi berbad durumda qalıb.

 

Prezidentin keçib gedeceyi eraziden 20 metr o terefde ise asfaltlanmış yol qurtarır. Ele renglenib ağardılmış hasar da, yaşıllıq zolağı da. Ve adi Ehmedli başlayır.

 

Bu menzereni teqdim etdiyimiz fotolardan da aydın görmek olar.

 


Oxunub 398 defe