Xəbərlər ::

HADİSƏ :: Azerbaycan serhedini pozan 28 nefer saxlanılıb

11-09-2015 13:10

2015-ci ilin avqust ayı erzinde Azerbaycanın dövlet serhedini 23 halda pozan 28 nefer saxlanılıb.

 

Dövlet Serhed Xidmetinin metbuat merkezinden APA-ya verilen melumata göre, onlardan 19 nefer Azerbaycan, 2 nefer İran İslam Respublikası, 2 nefer Özbekistan, 2 nefer Malaziya, her ölkeden bir nefer olmaqla Rusiya Federasiyası, Qırğızıstan ve Qazaxıstan vetendaşları olub.

 

Serhed rejim qaydalarını pozarken yaşıl serhedde 6 halda 10 nefer, Xezer denizinde 20 halda 28 nefer saxlanılaraq barelerinde müvafiq tedbir görülüb.

 

Cinayetkarlığa qarşı mübarize tedbirleri neticesinde Azerbaycanın hüquq-mühafize orqanları terefinden axtarışda olan 428 nefer aşkarlanaraq aidiyyeti orqanlara tehvil verilib.

 

Narkotik vasitelerin qeyri-qanuni dövriyyesine qarşı mübarize tedbirleri neticesinde 11 halda 10 kiloqram 575,9 qram narkotik maddenin dövlet serhedinden keçirilmesinin qarşısı alınıb.

 

5 avqust tarixinde Celilabad rayonunun Zehmetabad kendi erazisindeki serhed zastavasının xidmeti sahesinde saat 02:00 radelerinde İran İslam Respublikasından Azerbaycana keçmek isteyen 2 nefer serhed pozucusunun qarşısı alınıb. Serhed naryadına silahlı müqavimet gösteren serhed pozucuları geri qaçmağa müveffeq olublar. Hadise yerine baxış zamanı iki eded bağlamada 5 kiloqram tiryek aşkar olunaraq götürülüb.

 

15 avqust tarixinde Bilesuvar rayonunun Bilesuvar kendi erazisindeki serhed zastavasının xidmeti sahesinde emeliyyat melumatı esasında serhed zolağında qabaqcadan gizledilmiş 4,6 kiloqram qurudulmuş marixuananı götürerken 1967-ci il tevellüdlü Bakı şeher sakini Seferov Hesret Eliağa oğlu saxlanılıb.

 

Ağstafa rayonu erazisinde serhedboyu zonada “Qarayazı” dövlet qoruğunda 1 hektar sahede aşkar olunmuş ümumi çekisi 975 kiloqram olan 1760 eded çetene kolları toplanaraq yandırılıb.

 

Qaçaqmalçılıq fealiyyetine qarşı  mübarize çerçivesinde heyata keçirilmiş tedbirler neticesinde 59 halda ümumi deyeri teqriben 513 min manat olan qaçaqmal, o cümleden 6 413 000 Rusiya rublu, 7501 ABŞ dolları, 7411 eded pirotexniki  madde, pnevmatik tapança üçün 76 eded lüle, 1 kiloqram barıt, 1 eded beşbarmaq, 4125 qutu siqaret, 1 eded qayıq, 58 eded mobil telefon, müxtelif növ derman preparatları, erzaq ve senaye malları saxlanılıb. 


Oxunub 482 defe