Xəbərlər ::

Ölkə :: Beyleqanda top mermisi aşkarlanıb

09-11-2018 01:26

Beyleqanda 1 eded 76 mm-lik top mermisi (OF-350) aşkar olunub.

Erazilerinin Minalardan Temizlenmesi üzre Milli Agentlikden (ANAMA) Payiz.az-a verilen melumata göre, bu gün saat 11:07-de Fövqelade Hallar Nazirliyinin Böhran Veziyyetlerinde İdareetme merkezinden Agentliye Beyleqan rayonu, Mil qesebesi erazisinde partlamamış herbi sursatın tapılması barede melumat daxil olub.

Melumata esasen Agentliyin xüsusi mobil çevik emeliyyat qrupu ve Beyleqan rayon Polis şöbesinin emekdaşları derhal hemin eraziye gönderilib.

Agentliyin mütexessisleri ve Daxili İşler Nazirliyinin Beyleqan rayon Polis şöbesinin emekdaşları terefinden birlikde yuxarıda adı qeyd olunmuş erazide 1 ev ve heyetyanı saheye baxış keçirilib. Aparılan tecili texiresalınmaz operativ emeliyyat-axtarış tedbirleri neticesinde Agentliyin mütexessisleri terefinden 1 eded 76 mm-lik top mermisi (OF-350) aşkar olunub, zerersizleşdirilmesi üçün götürülerek Agentliyin merkezi mehvetme erazisine daşınıb.

Top mermisinin tapıldığı yerin etrafında 200 kv.m eraziye yerüstü baxış keçirilib, elave tehlükeli eşya ve qurğu aşkarlanmayıb.


Oxunub 11 defe