Xəbərlər ::

Ölkə :: “Azerbaycan sülhmeramlıları nümunevi xidmetleri ile ferqlenirler” – ABŞ generalı

09-11-2018 11:35

Noyabrın 9-da Müdafie nazirinin birinci müavini - Silahlı Qüvvelerin Baş Qerargah reisi general-polkovnik Necmeddin Sadıkov Azerbaycanda seferde olan ABŞ Neqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun rehberlik etdiyi nümayende heyeti ile görüşüb.

Müdafie Nazirliyinden Payiz.az-a verilen melumata göre, qonaqları salamlayan Baş Qerargah reisi yeni vezifeye teyin olunması münasibetile general S.Lyonsu tebrik edib ve gelecek fealiyyetinde ona uğurlar arzulayıb.

Regiondakı herbi-siyasi ve cebhe xettindeki hazırkı veziyyete toxunan general-polkovnik N.Sadıkov Ermenistanın ölkemize qarşı işğalçılıq siyasetinin davam etdiyini bildirerek münaqişenin yalnız Azerbaycanın erazi bütövlüyü, beynelxalq hüququn norma ve prinsipleri çerçivesinde hellinin mümkün olduğunu diqqete çatdırıb.

Azerbaycan-ABŞ münasibetlerinin ikiterefli ve NATO-nun müxtelif proqramları çerçivesinde, o cümleden tehsil sahesinde inkişaf etdiyini qeyd eden general-polkovnik N.Sadıkov bildirib ki, ölkelerimiz arasında müdafie sahesinde, xüsusile neqliyyat komandanlığı ile emekdaşlıq yüksek seviyyede davam etdirilir.

Dövlet Bayrağı Günü münasibeti ile Azerbaycan terefini tebrik eden ABŞ generalı yeni vezifede ilk resmi xarici seferini mehz ölkemize etmesinden memnun olduğunu ifade edib. Qonaq ölkemizin Efqanıstandakı sülhmeramlı missiyaya verdiyi töhfeni yüksek qiymetlendirerek bu sahede feal emekdaşlığa göre Azerbaycan rehberliyine minnetdarlığını bildirib.

Azerbaycan sülhmeramlılarının xidmetini nümunevi adlandıran general S.Lyons Efqanıstanda heyata keçirilen missiyanı Azerbaycan-ABŞ ve Azerbaycan-NATO emekdaşlığının ehemiyyetli hissesi olduğunu da vurğulayıb.

Görüşde ikiterefli herbi emekdaşlığa dair fikir mübadilesi de aparılıb.


Oxunub 1 defe