Xəbərlər ::

SOSİAL :: Komanda Qerargah Herbi Oyunlarının döyüş atışlı esas merhelesi keçirildi

11-09-2015 22:17

Sentyabrın 11-de Komanda Qerargah Herbi Oyunlarında döyüş atışları icra olunmaqla esas merhele keçirilib. Müdafie Nazirliyinin metbuat xidmetinden APA-ya verilen melumata göre, irimiqyaslı telimlerin ssenarisine esasen bir neçe hissede yerine yetirilen esas merhelede qefleten döyüş hazırlığı veziyyetine getirilen birleşme ve herbi hisseler teyin olunmuş hedler istiqametinde hereket, düşmen qüvvelerine aviasiya zerbelerinin endirilmesi, onun hereket eden qüvve ve vasitelerini mehvetme, eks-hücüm heddine çıxma ve eks-hücum emeliyyatını keçirme, ikinci eşalonun hücuma yeridilmesi ve taktiki hava desantının düşmen derinliyine endirilmesi tapşırıqlarını icra edibler.

 

Telimlerde iştirak eden bütün qoşun növlerinin döyüşe hazırolma ve döyüş qabiliyyeti, tapşırıqların yerine yetirilmesinin operativliyi ve semereliliyi, qarşılıqlı fealiyyetin ve teminatın teşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.Telim poliqonunda motoatıcı ve tank bölmeleri, raket ve artilleriya qurğuları, zenit-raket kompleksleri, döyüş teyyare ve helikopterleri döyüş atışları icra edib, praktiki raket buraxılışları ve bombalama heyata keçirilib.

 

Müdafie naziri general-polkovnik Zakir Hesenov telimlere celb edilen şexsi heyetin peşekarlığından memnun qalaraq, tapşırıqların müveffeqiyyetle icra edilmesini yüksek qiymetlendirib.


Oxunub 352 defe