Xəbərlər ::

SOSİAL :: Doktoranturaya qebul planı hökumete teqdim edildi

12-09-2015 11:22

“Azerbaycan Respublikasının ali tehsil müessiselerinin ve elmi teşkilatların 2015-ci il üçün doktorant ve dissertant hazırlığı üzre qebul planları” Nazirler Kabinetine tesdiq olunmaq üçün teqdim olunub.

 

Payiz.Az-ın trend-e istinaden xeberine göre, Tehsil Nazirliyinden bildirilib ki, qebul planları Nazirler Kabineti terefinden tesdiq edildikden sonra ixtisaslar üzre yerlerin sayı ve qebul müddeti gösterilmekle ali tehsil ve elmi-tedqiqat müessiseleri terefinden KİV-de elanlar verilecek.

Bu il Azerbaycan Respublikasının Tehsil Nazirliyi sistemine daxil olan ali tehsil ve elmi tedqiqat müessiselerinin doktoranturalarına qebul Azerbaycan Respublikası Nazirler Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömreli qerarı ile tesdiq edilmiş “Doktoranturaların yaradılması ve doktoranturaya qebul qaydaları”na esasen aparılacaq. Qebul imthanlarının mezmunu, teşkili ve formatı ile bağlı deyişiklikler gözlenilmir.

Doktoranturaya qebul haqqında elanın verilmesi, senedlerin qebulu ve qebul imtahanlarının teşkili ali tehsil müessiseleri terefinden heyata keçirilecek.

 


Oxunub 311 defe