Xəbərlər ::

SOSİAL :: Prezident Bakı-Xırdalan-Sumqayıt sernişin qatarı ile tanış olub

12-09-2015 11:49

Bu gün Azerbaycan prezidentiİlham Eliyev  Bakı demir yolu vağzalında esaslı temir olunmuş Bakı-Xırdalan-Sumqayıt sernişin sahesinde bu günlerde istifadeye verilecek Bakı-Xırdalan-Sumqayıt sernişin qatarı ile tanış olub.

 

APA-nın melumatına göre, dövlet başçısı “Stadler Rail Group” şirketinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarında sernişinler üçün yaradılan şeraitden razı qalıb.

 

Daha sonra açılış merasimi keçirilib ve ilk Bakı-Xırdalan-Sumqayıt qatarı yola düşüb.

 

Qeyd edek ki, sernişin qatarları Bakı Demiryol Vağzalı-Keşle-Bileceri-Xırdalan-Güzdek-Sumqayıt sernişin stansiyası marşrutu ile hereket edecek.  Sentyabrın 15-den Bakı-Xırdalan-Sumqayıt sernişin sahesinde 8 elektrik qatarı işleyecek. Bu marşrutla hereket edecek 8 qatardan 3-ü ikimertebelidir. Bu 3 qatar “Stadler Rail Group” şirketinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının her biri 4 vaqondan ibaretdir. Ümumi sernişin tutumu 919 nefer olan qatarda 396 oturacaq var ki, bunun da 84-ü biznes-sinfine aiddir. İlin sonunda ikimertebeli qatarlardan ikisi de getirilecek ve belelikle bu xetde 5 ikimertebeli qatar hereket edecek.

 

Sernişin qatarları seher saat 6-dan her iki istiqametde herekete başlayacaq ve 40 deqiqeye Sumqayıtdan Bakıya ve eks istiqamete çatacaq. Seher saat 06:00-12:00 aralığında qatarlar hem Bakıdan, hem de  Sumqayıtdan 30 deqiqe intervalı ile çıxacaq. 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hereket intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gece saat 24:00 aralığında ise elektrik qatarları yene 30 deqiqe intervalı ile hereket edecek. Bu intervalların tetbiqi gün erzinde sernişin sıxlığı ile elaqedar müeyyenleşdirilib. Növbeti merhelede Bakı-Xırdalan-Sumqayıt sernişin sahesinde elektrik qatarları dairevi demir yolu xetti ile hereket edecek. Çünki tedricen Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdexanı, Zabrat, Sabunçu, Bakıxanov qesebelerini ehate eden marşrut istifadeye verilecek ve belelikle, Bakı-Sumqayıt demir yolu xetti dairevi olacaq.

 

Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarına biletleri sernişinler hem vağzallarda kassadan, hem de avtomatik işleyen terminallara pul ödemekle alacaqlar. Biletleri bütün stansiyalardan almaq mümkün olacaq. Sonradan ise biletlerin kartla satış sisteminin tetbiqi nezerde tutulub. İlk 3 gün erzinde sernişinler üçün pulsuz xidmet gösterilmesi nezerde tutulub. 

 


Oxunub 483 defe