Haberler ::

SOSİAL :: Bakıda "Fanta"nın içinden neler çıxır?-FOTOFAKT

12-09-2015 12:11

Bloqçu Barış Namazov "Coca-Cola Azerbaycan" şirketini ifşa eden şekiller paylaşıb.

 

 

Payiz.Az-ın xeberine göre, bloqçu "Coca-Cola Azerbaycan" şirketinin istehsalı olan "Fanta" aldığını ve onun içinde qara nöqteler olduğunu qeyd edib.

 

"Dünenden dehşet içindeyem. Coca-Cola şirketi de buna izah vermelidir".

 

Bloqçu qeyd edib ki, sentyabrın 10-da Resulzade qesebesindeki marketden 2 litrlik fanta alıb: "Birden gözüm "Fanta"nın içindeki qara-qura şeylere rast geldi. Qarışqamı, ağcaqanadmı, heşeratmı?"

 

"Dehşet ondadır ki, biz daha çox Coca-Cola içirik ve onun qara renginde bu natemizliyi görmürük.  Dehşete geldim ki,  indiyedek içmediyim zibiller qalmayıb...." deye B. Namazov yazıb.

 

Bloqçu hele de "Fanta"nın qapağını açmadığını qeyd edib.

 

"Coca-Cola Azerbaycan" şirketinin de meseleye münasibetini yaymağa hazırıq. 


Okunub 353 defa