Xəbərlər ::

SOSİAL :: Prezident 5 nömreli Bakı Peşe Liseyinde

12-09-2015 16:26

Sentyabrın 12-de prezident İlham Eliyev paytaxtın Xetai rayonundakı 5 nömreli Bakı Peşe Liseyinde heyata keçirilen temir ve yenidenqurma işlerinden sonrakı veziyyetle tanış olub. Payiz.Az-ın AzerTac-a istinaden melumatına göre, Bakı Şeher İcra Hakimiyyetinin başçısı Hacıbala Abutalıbov görülen işlerle bağlı prezidente melumat verib. Qeyd edilib ki, bu tehsil ocağı 1971-ci ilde respublikada radio-elektronika senayesi üçün fehle kadrlarının hazırlanması meqsedile Bakı radio zavodunun nezdinde açılıb. Peşe mektebi 1985-ci ilde 960 yerlik bu komplekse köçürülüb. 1996-cı ilde ise mektebe 5 nömreli Bakı Peşe Liseyi statusu verilib. Liseyde 2013-cü ilden yenidenqurma işleri başlayıb ve yeni emalatxanalar yaradılıb. Bu il ise tehsil ocağının üçmertebeli tedris korpusunda temir işlerine başlanılıb ve yüksek seviyyede heyata keçirilib.

 

Dövlet başçısı liseyde yaradılan şeraitle yaxından tanış olub. Bildirilib ki, liseyde 41 kabinet yaradılıb. Bunlardan 7-si fenn kabineti, 3-ü laboratoriya, 23-ü ise ümumtehsil fenn kabinetidir. Tehsil ocağında 8 tedris emalatxanası var.

 

Qeyd olunub ki, lisey 2013-cü ilden ilk peşe ixtisas tehsili müessiselerinin infrastrukturunun inkişafına yönelen, dövlet-biznes terefdaşlığına esaslanan “Müasir Azerbaycan peşekarları” layihesinin icrasına başlayıb. Layihe çerçivesinde müxtelif peşeler üzre yüksek maddi-texniki bazaya malik tedris otaqları yaradılıb. Liseyde turizm sektoruna aid ixtisasların hazırlanmasına da böyük ehemiyyet verilir. Bunun neticesidir ki, bu il ölkemizde keçirilen ilk Avropa Oyunlarının iştirakçılarına xidmet göstermek üçün müxtelif peşeler üzre 200 neferden artıq kadr hazırlanıb.

 

Beş nömreli Bakı Peşe Liseyinde istehsalat telim derslerini yüksek seviyyede heyata keçirmek üçün bütün ixtisaslara uyğun emalatxanalar yaradılıb ve lazımı avadanlıqla techiz olunub. Tehsil ocağının geniş akt zalında ise hem rayon, hem de respublika ehemiyyetli tedbirler keçirmek mümkündür.

 

Mektebin idman zalı da müasir seviyyededir. Liseyde bu ilden yeni fizika ve kimya laboratoriyaları ve kitabxana yaradılıb.

 

2015-2016-cı tedris ilinde bir neçe dövlet qurumu ve özel teşkilatın sifarişi esasında liseyde kadr hazırlığı nezerde tutulub.


Oxunub 805 defe