Xəbərlər ::

SİYASƏT :: XİN emekdaşının Niderlanddan siyasi sığınacaq istemesine aydınlıq getirdi

12-09-2015 17:20

Azerbaycan Xarici İşler Nazirliyi Azerbaycanın Niderlanddakı sefirliyinde konsulluq işleri üzre emekdaşın ölkeye gelmekden imtina etmesi ve Niderlanddan siyasi sığınacaq istemesi meselesine aydınlıq getirib.


 

APA-nın sorğusuna cavab olaraq XİN-nin Metbuat xidmetinden bildiribler ki, Xarici İşler Nazirliyi sisteminde bele bir adam işlemir.

 

“Xarici işler naziri Elmar Memmedyarovun KİV-e 9 sentyabr 2015-ci il tarixli açıqlamasında bütün bu kimi meselelere münasibet bildirilib”,- deye açıqlamada qeyd olunur.  

 

Xatırladaq ki, E. Memmedyarov sözügeden açıqlamasında  bütün dövlet qurumlarında olduğu kimi Xarici İşler Nazirliyinde de tutduğu vezifesinden asılı olmayaraq qanunun teleblerini, dövlet qulluqçusunun etik davranış qaydalarını pozan, eqidesine xilaf olan, fealiyyetinde nöqsanlara yol veren ve diplomat adına leke getiren emekdaşlara qarşı qanunla müeyyen olunmuş qaydada en sert intizam tedbirlerin görülduyunu ve bundan sonra da görüleceyini bildirib.

 

“Prezidentin apardığı uğurlu xarici siyaset kursundan narahat olan daireler bilmelidir ki, xarici işler nazirliyinde ve xaricdeki, o cümleden dünyanın en qaynar bölgelerindeki diplomatik nümayendeliklerimizde cenab Prezidentimizin bütün tapşırıq ve gösterişlerini layiqince yerine yetiren, dövletçiliye sedaqetli kifayet qeder peşekar diplomatlarımız xidmet edir”, - deye E. Memmedyarov elave edib.

 

Qeyd edek ki, aznews.az saytı Azerbaycanın Niderlanddakı sefirliyinin konsulluq emekdaşı Nahid Ceferovun Azerbaycana qayıtmaqdan imtina etmesi ve Niderlanddan siyasi sığınacaq istemesi barede melumat yayıb. Melumata esasen o, vezifeden uzaqlaşdırılıb ve Azerbaycana çağırılıb. Lakin o, Niderlandda qalmağa qerar verib.

 


Oxunub 317 defe