Xəbərlər ::

DÜNYA :: Ehmed Davudoğlu yeniden AKP sedri seçilib

12-09-2015 19:06

 
 
Ehmed Davudoğlu yeniden AKP sedri seçilib.

 

APA-nın Türkiye müxbirinin verdiyi melumata göre, Türkiyenin Edalet ve İnkişaf Partiyasının (AKP)  qurultayında  keçirilen sesvermede 1360  nefer iştirak edib.

 

E. Davudoğlunun namizedliyini 1353 nümayende destekleyib. Bülletenlerin 7-si etibarsız sayılıb.

 

Qeyd edek ki, 1959-cu ilde  anadan olan professor E. Davudoğlu Edalet ve İnkişaf Partiyasının iqtidara geldiyi 2002-ci ilden beri baş nazir Receb Tayyib Erdoğan ve xarici işler naziri Abdullah Gülün müşaviri olub.Türkiyenin xarici siyaset paradiqmasının deyişmesinde helledici rol oynayan E. Davudoğlu 1 may 2009-cu ilde baş nazir Erdoğanın hökumetde etdiyi köklü deyişiklik neticesinde millet vekili olmadan xarici işler naziri vezifesine teyin edilib. 12 iyun 2011-ci ilde AKP Konya millet vekili seçilen E. Davudoğlu 61-ci hökumetde de xarici işler naziri vezifesini tutub.

 

Receb Tayyib Erdoğanın 10 avqust 2014-cü ilde prezdent seçilmesinden sonra AKP-nin 27 avqustda keçirilen qurultayında partiyanın sedri seçilen E. Davudoğluna 28 avqustda yeni hökumeti qurmaq selahiyyeti verilib, hemin gün Türkiyenin 62-ci hökumeti E. Davudoğlu terefinden qurulub.7 iyun 2015-ci ildeki seçkiye E. Davudoğlunun rehberliyi altında geden AKP evvelki seçkiyle müqayisede 9% ses itirerek, 12.5 illik tekbaşına iqtidarını itirib.

 

İyulun 9-da prezident Erdoğan 63-cü hökumeti qurmaq selahiyyetini AKP lideriEhmed Davudoğluna verse de, CHP ve MHP ile meslehetleşmelerden sonra koalisiya hökumetini qurmaq mümkün olmayıb. Avqustun 23-de konstitusiyadakı selahiyyetlerinden istifade eden prezident Erdoğan noyabrın 1-de erken seçki keçirilmesine dair qerar qebul edib. Seçkiye qeder  2 aylıq müddetde Meclisde temsil edilen bütün partiyaların iştirakıyla müveqqeti hökumetin qurulması vezifesi prezident terefinden yene E. Davudoğluna verilse de, CHP ve MHP hemin hökumete nazir vermeyib. E. Davudoğlu AKP, HDP ve müsteqil deputatlardan ibaret yeni hökumet qurub. Bu hökumetin esas vezifesi ölkeni 1 noyabrdakı seçkiye aparmaqdır.

 


Oxunub 257 defe