Xəbərlər ::

DÜNYA :: Kişinyovda hökumet eleyhine nümayiş başlayıb

13-09-2015 16:29

Moldovanın paytaxtı Kişinyovda hökumet eleyhine nümayiş başlayıb.

 

APA-nın RİA “Novosti” agentliyine istinaden verdiyi melumata göre, “Demnitate si adevar” - DA (“Leyaqet ve hüquq”) vetendaş platformasının teşkilatçılığı ile keçirilen aksiyada Moldova rehberliyinin istefası teleb olunur.

 

Etirazçıların telebleri sırasında prezident, baş prokuror, Milli Bankın sedri de daxil olmaqla ölke rehberliyinin istefası, parlamente seçkilerin keçirilmesi ve dövlet başçısının ümumxalq sesvermesi ile seçilmesi var.

 

“Bu gün biz hakimiyyete tezyiqi artırmaq niyyetindeyik. Aksiyaya ölkenin bütün regionlarından vetendaşlar qatılıb. Teleblerimiz yerine yetirilene qeder aksiyalara davam edeceyik”, – deye DA vetendaş platformasının fealı Andrey Nestase bildirib.  

 

DA platformasında müxtelif siyasi görüşleri bölüşen bir neçe ictimai teşkilat, siyasetçiler, ictimai xadimler birleşib. Onların arasında Moldovanın Rumıniya ile birleşmesinin terefdarları da var.  

 

Platforma üzvleri beyan edirler ki, ölke hakimiyyeti oliqarx dairelerin tesiri altındadır ve avrointeqrasiya prosesini imitasiya edirler.

 

Qeyd edek ki, etirazlar öten hefte başlayıb, her gün Kişinyovun merkezi küçelerinde mitinqler keçirilib, hökumet evi qarşısında çadırlar qurulub.

 

Prezident sentyabrın 8-de mitinq iştirakçılarının istefa telebini redd edib.


Oxunub 232 defe