Xəbərlər ::

DÜNYA :: Erdoğan ve Putin “İŞİD”le mübarizeden danışıb

27-07-2015 10:30

 

 

Türkiye prezidenti Receb Tayyib Erdoğan ve Rusiya prezidenti Vladimir Putin arasında iyulun 26-da telefon danışığı olub.

 

APA-nın Kremlin saytına istinadın verdiyi melumata göre, liderler terrorçu İslam Dövleti (İŞİD) teşkilatından gelen tehlükelerle mübarize sahesinde ikiterefli ve çoxterefli koordinasiyanın daha da güclendirilmesi meselesini müzakire edibler.  

 

Prezidentler qeyd edibler ki, terrorun ve ekstremizmin yayılmasının qarşısının alınmasında uğur elde etmek üçün bütün maraqlı dövletlerin beynelxalq hüquqi esaslarla seylerini konsolidasiya etmesi vacibdir.

 

Türkiye terefinin teşebbüsü ile baş tutan telefon danışığında Putin ve Erdoğan hemçinin Yaxın Şerq, esasen de Suriya ve İraqdakı veziyyetle bağlı fikir mübadilesi aparıblar.

 

Qeyd edek ki, iyulun 20-de Türkiyenin Şanlıurfa vilayetinin Suruç şeherinde terror aktı töredilib.

 

Neticede 32 nefer helak olub, 100-den çox insan yaralanıb. İstintaqın melumatına göre, terror aktını 20 yaşlı Şeyx Ebdürrehman Alagöz töredib. Türkiye hakimiyyeti partlayışın İŞİD terefinden teşkil edildiyini açıqlayıb.

 

Bunun ardınca Türkiye  Herbi Hava Qüvveleri İŞİD-in Suriya ve İraqdakı hedeflerine aviazerbeler endirib.

 

Eyni zamanda Türkiye hökumeti İŞİD-in mövqelerine hava zerbeleri endirmek üçün Adanadakı İncirlik herbi bazasını ABŞ Herbi Hava Qüvvelerinin ixtiyarına verib.


Oxunub 452 defe