Xəbərlər ::

SİYASƏT :: Baş nazirinin müavininden sefirlerimizi SERT TENQİD: "Şexsi işlerle, xeyanetle meşğuluq.

14-09-2015 10:34

Avropa Parlamentinde Azerbaycan eleyhine qetnamenin qebul edildiyi iclasda 638 deputat iştirak edib. Bu deputatlardan 273-ü qetnamenin eleyhine ses verib, 33 deputat biteref qalıb, qalaları ise qetnamenin lehine ses verib. Eleyhimize olan qetnamenin qebuluna ses veren ölkelere baxanda sual yaranır ki, Azerbaycanın bu ölkelerdeki sefirleri hansı işlerle meşğuldur, sefirliklere ayrılan vesaitler hara serf olunur?”

 

APA-nın melumatına göre, bunu bu gün Qaçqınların ve Mecburi Köçkünlerin İşleri üzre Dövlet Komitesinde Avropa Parlamentinin Azerbaycanla bağlı qebul etdiyi qetnamenin müzakiresi zamanı baş nazirin müavini, Qaçqınların ve Mecburi Köçkünlerin İşleri üzre Dövlet Komitesinin sedri Eli Hesenov deyib.

 

E. Hesenov qeyd edib ki, Avropa Parlamentinde Almaniyanın 86 deputatından 46-sı, Avstriyanın 17 deputatından 12-si, Danimarkanın 13 deputatından 8-i, Estoniyanın 5 deputatdan 4-ü, Finlandiyanın 10 deputatından 8-i, İspaniyanın 47 deputatından 34-ü, İsveçin 17 deputatından 14-ü, Portuqaliyanın 19 deputatından 15-i, İrlandiya, İspaniya, İtaliya deputatlarının ise ekseriyyeti Azerbaycanın eleyhine ses verib: "Bu ölkelerdeki sefirlerimiz ne edir, ne işle meşğuldurlar?”

 

E. Hesenov bildirib ki, Avropa Parlamentinde deputatlarla, fraksiyalara işlemek lazımdır: "Bizim bir çox nümayende heyeti bezi ölkelerle işlemeyib, turist kimi gedib gelib".

 

Onun sözlerine göre, hansı ölkede iş görülüb, o ölkelerin Avropa Parlamentindeki deputatları Azerbaycanı daha çox destekleyib: "Meselen, Biz Fransanı ermeniperest dövlet kimi tanıyırıq. Ancaq Fransanın Avropa Parlamentindeki 62 deputatından cemi 24-ü eleyhimize ses verib. Bu, Azerbaycanın birinci xanımı Mehriban Eliyevanın Fransada gördüyü işlerin neticesidir. Fransadan olan deputatlardan 19-u qetnamenin eleyhine ses verib, 19 nefer biteref qalıb. Çexiyanın 18 deputatından 4-ü, Macarıstanın 19 deputatından 6-ı, Polşanın 42 deputatından 7-i qetnamenin lehine ses verib, qalanları eleyhine çıxıb. Bu ölkelerdeki sefirlerin fealiyyeti de qeyd edilmelidir. Digerlerine gelince, sefirlerimiz illerle orada oturub, ne iş görürler? Bezisi biznes qurur, bezisi xeyanet edir! Meksikada 2-3 ermeni yoxdur, o ermenilerden biri Meksikanın ABŞ-dakı sefiridir. Biz ise yatırıq, şexsi işlerle, xeyanetle meşğuluq. Diplomatik korpusla bağlı ciddi iş görülmelidir".

 

E. Hesenov bildirib ki, Avropa 50-100 min qaçqının elinde qalıb, hansı qerarı qebul etmek barede çetinlik çekir: “Ancaq Azerbaycan 1 milyondan çox qaçqın ve mecburi köçkünle bağlı hansı işleri görüb? Bu işler bir nümune kimi qebul edilir. Bacarmırlarsa, bizim Dövlet Komitesinin işçileri getsinler, işleri teşkil etsinler. Bizim 1 milyon qaçqın ve mecburi köçkünlerin hüquqları pozulur, Avropa Parlamenti niye susur? Ermenilerin vesaitine satılmış Avropa Parlamenti niye susur? Budur onların iç üzü”.

 

O, qaçqın ve mecburi köçkünlerin Avropa Parlamentine etirazını da çatdırıb: "Avropa Parlamentine müraciet edirem, öz qetnamelerine yeniden baxsın. Avropa xalqlarını enerji resursları ile temin edirik, onların bezi ölkeler terefinden boğmağa qoymuruq. Heç olmasa, özlerine yazıqları gelsin". 


Oxunub 298 defe