Xəbərlər ::

SOSİAL :: Bezi ali ve orta mekteblerde derslerin vaxtı deyişdirildi

14-09-2015 16:38

Yeni tedris ilinin başlanması ile elaqedar Nazirler Kabinetinin Yol Hereketi Tehlükesizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şeherinde neqliyyatın hereketinin tekmilleşdirilmesi üzre elave tedbirler haqqında” qerarına esasen Bakının merkezinde yerleşen ali tehsil müessiseleri üçün ferqli iş qrafikleri müeyyenleşdirilib.

 

APA-nın melumatına göre, Azerbaycan Texniki Universitetinde bu tedris ilinde dersler önceki tedris illerinde olduğu kimi saat 8:30-da deyil, saat 9:00-da başlayacaq.

 

Azerbaycan Dövlet İqtisad Universitetinde de iş qrafiki deyişib. Eger önceki tedris illerinde bu tehsil müessisesinde birinci növbe üçün dersler saat 8:30, ikinci növbe üçün dersler saat 13:45-de başlayırdısa, bu il birinci ve ikinci növbeler üçün dersler müvafiq olaraq saat 9:00 ve saat 14:00-da başlayacaq. Bakı Dövlet Universiteti ve Azerbaycan Memarlıq ve İnşaat Universitetinde ise iş qrafikleri deyişmeyib. Bakı Dövlet Universitetinde dersler keçen tedris illerinde olduğu kimi saat 8:30-da, Azerbaycan Memarlıq ve İnşaat Universitetinde ise saat 9:00-da başlayacaq.

 

Bakının merkezinde yerleşen orta mekteblerde de ferqli iş qrafiki tetbiq olunacaq. Meselen, “İçerişeher” metrostansiyası yaxınlığında yerleşen 132 saylı orta mektebde tedris artıq saat 8:30-da deyil, saat 8:00-da başlanacaq.


Oxunub 350 defe