Xəbərlər ::

SOSİAL :: Ehalinin gelirleri 43 milyard manat olacaq

14-09-2015 17:18

2016-cı il üzre xidmetlerde elave deyerin artımı daha yüksek (39,8 faiz) qiymetlendirilir. Bele ki, turistlerin yerleşdirilmesi ve ictimai iaşe xidmetlerinde 14,6 faiz, neqliyyat ve anbar teserrüfatında 3,3 faiz ve informasiya ve rabite xidmetlerinde 13,5 faiz real artım proqnozlaşdırılır. Payiz.Az xeber verir ki, bu barede gelen ilin proqnozlaşdırılan büdce layihesinde qeyd edilib.

 

2016-cı ilde esas kapitala yöneldilecek investisiyaların hecmi 18,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 57,8 faizi daxili investisiyaların, 42,2 faizi ise xarici investisiyaların payına düşür.

 

Ümumi investisiyaların 10,8 mlrd. manatının qeyri-neft sektoruna yöneldilmesi nezerde tutulur. Növbeti ilde qeyri-dövlet investisiyaları 11,0 mlrd. manat olmaqla, ümumi investisiyaların 58,2 faizini teşkil edeceyi proqnozlaşdırılır. Dövlet investisiyalarının ümumi investisiyaların terkibinde payının ise 41,8 faiz (7,9 mlrd. manat) olacağı nezerde tutulur.

Növbeti ilde ehalinin gelirlerinin 2015-ci ilin gözlenilen göstericilerine nisbeten 1,2 faiz artaraq 43,8 mlrd. manat, xerclerinin ise 0,6 faiz artaraq 34,4 mlrd. manat olacağı proqnozlaşdırılır.

 

 


Oxunub 311 defe