Xəbərlər ::

SİYASƏT :: Azerbaycan Aİ-nin Şerq terefdaşlığı proqramından da çıxa biler

14-09-2015 23:58

Azerbaycan Milli Meclisi bu gün Avropa Parlamentinin (AP) bu il  sentyabrın 10-da qebul etdiyi qetname ile bağlı qerar qebul edib.

 

APA-nın xeberine göre, qerarın metninde bu qetnamenin qebulunun “ölkemize qarşı sistemli ve davamlı şekilde aparılan qerezli qarayaxma kampaniyasının son derece tehqiramiz xarakter aldığını” gösterdiyi bildirilib.

 

“Bu defe insan hüquqları behanesi altında Azerbaycanda xalq terefinden desteklenen siyasi hakimiyyete şer ve böhtan atılmış, ölkemizle Avropa İttifaqı ve onun üzvü olan dövletler arasında inkişaf eden terefdaşlıq münasibetlerini sarsıtmağa, Azerbaycanın beynelxalq nüfuzuna xelel getirerek, onu dünyaya inteqrasiya prosesinden tecrid etmeye uğursuz cehd gösterilmişdir” –deye metnde bildirilir.

 

Azerbaycan parlamentinin qerarında qeyd edilib ki, AP-den Avropa İttifaqı–Azerbaycan münasibetlerine qarşı pozucu fealiyyetine son qoymaq, Azerbaycana qarşı fealiyyet üçün qondarma ittihamlara istinad eden müxtelif qüvvelerin tesiri altında ölkemiz baresinde qerezli qetnamelerin qebulu praktikasından el çekmek teleb edilib.

 

Eyni zamanda AP Azerbaycana münasibetde konstruktiv mövqe tutmağa ve bu yanaşmanı real addımlarla nümayiş etdirmeye çağırılıb.

 

AP-deki konstruktiv ve sağlam qüvvelere bu parlamentin nüfuzuna xelel getiren fealiyyetin qarşısının alınmasında seyleri artırmaq çağırışı edilib.

 

Azerbaycan erazilerinin Ermenistan terefinden işğalına siyasi destek meqsedi ile Azerbaycanı daim hedefde saxlamağa çalışan müxtelif lobbiçi qruplaşmaların AP-deki fealiyyeti qetiyyetle pislenilib, bu fealiyyete son qoyulması teleb edilib.

 

Azerbaycana qarşı lobbiçilik fealiyyetinin maliyyeleşdirilmesi çerçivesinde yol verilmiş qanun ve maliyye pozuntularının, korrupsiya hallarının, Avropa Parlamenti rehberliyinin lobbiçilik fealiyyeti ile elaqeleri barede ittihamların araşdırılmasına çağırış edilib.

 

MM qerara alıb ki, AP-nin sedri M.Şults ile postsovet dövletlerinin bezi rehber şexsleri arasında birge korrupsiya emelleri, qanun pozuntuları barede metbuatda yayılmış xeberlerin araşdırılması ve onun qeyri-qanuni fealiyyetine qiymet verilmesi üçün qurumun müvafiq strukturlarına müraciet edilecek.

 

Qerarda Avropa Parlamenti Azerbaycanın zengin tolerantlıq tecrübesini nezere almaqla, Avropada islamofobiya ve ksenofobiya problemlerinin helline diqqet yetirmeye çağırılıb.

 

Hemçinin Avropa Parlamentinden teleb edilib ki, konkret cinayet emellerini siyasileşdirmekle Azerbaycanın mehkeme sistemine tezyiq göstermek cehdlerine son qoysun.

 

Eyni zamanda “hele keçirilmemiş parlament seçkilerinin qerezli çağırışlar ile şübhe altına alınması cehdleri qetiyyetle pislenilsin ve bunlara son qoyulması teleb edilsin” deye bildirilib.

 

Avronest Parlament Assambleyasının Nizamnamesine uyğun olaraq, Azerbaycan Milli Meclisinin bu teşkilatda üzvlüyüne xitam verilmesi barede prosedur qaydalarının icrasına başlanılması ve prosedur dövründe Milli Meclisin nümayende heyeti Avronest Parlament Assambleyasının tedbirlerine qatılmaması da qeyd edilib.

 

Hemçinin Avropa İttifaqı–Azerbaycan Parlament Emekdaşlığı Komitesinin mövcud formatda fealiyyetinde iştiraka son qoyulması barede de qerar qebul edilib.

 

Azerbaycan Nazirler Kabinetine ise Avropa İttifaqının Şerq terefdaşlığı proqramında iştirakın meqsedeuyğunluğu meselesine yeniden baxmaq tövsiyye olunub.

 

Hemçinin Nazirler Kabinetine tövsiye edilib ki, “Azerbaycanın resmi şexsleri baresinde her hansı sanksiyaların tetbiq edileceyi teqdirde qatı anti-Azerbaycan mövqeyi nümayiş etdiren Avropa Parlamenti üzvlerinin ve Avropa İttifaqı qurumları resmilerinin Azerbaycana girişinin qadağan edilmesi meselesini nezerden keçirsin”.

 


Oxunub 273 defe