Haberler ::

DÜNYA :: Macarıstan serhedleri bağlandı

15-09-2015 01:21

Macarıstan Serbiya ile serhedlerin hasarlanması işlerini tamamlayıb. Serhede çekilen tikanlı meftille ehate olunmuş hasarın uzunluğu 175 kilometr teşkil edir.

 

Payiz.Az-ın “anspress.com”-a istinaden melumatına göre,  serhedler bağlandıqdan sonra macar hökumetinin mühacirler ve serhedlere nezaretle bağlı yeni qanun layihesi qebul edeceyi gözlenilir.

 

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, bu günden etibaren yeni qaydalar esasında, Macarıstan serhedlerine nezareti güclendirmek mümkün olacaq: "Artıq Macarıstan serhedlerini qanunsuz yolla keçen şexslere qarşı cinayet işi açılacaq ve onlar ölke xaricine deportasiya olunacaqlar”

 

Reske şeheri Serbiyadan Macarıstan keçmek üçün mühacirlerin sonuncu açıq qapısı idi. Lakin bu qapılar da artıq bağlandı ve bununla mühacirlerin şengen ölkelerine getmek ümidleri, demek olar ki, tükenib.

 

Son bir neçe günde mühacirler serhedler bağlanmamış Macarıstana keçmek üçün, sanki, yarışa girmişdiler. Bu günden etibaren mühacirler tekce resmi müraciet esasında bu ölkede sığınacaq elde ede bilirler.

 


Okunub 374 defa