Xəbərlər ::

DÜNYA :: Gürcüstan-Azerbaycan Universiteti fealiyyetini dayandırılıb

15-09-2015 12:29

 Gürcüstanda fealiyyet gösteren Heyder Eliyev adına Gürcüstan-Azerbaycan Tedris Universitetinin fealiyyeti dayandırılıb.

 

APA-nın Gürcüstan bürosunun melumatına göre, universitetin rektoru Novruz Bayramov bildirib ki, keçen il resmi status alan universitetin imtiyazı elinden alınıb.

 

Gürcüstanın Elm ve Tehsil Nazirliyinde, habele Tehsilin Keyfiyyetli İnkişafının Qiymetlendirilmesinin Milli Merkezinde qeydiyyatdan keçen ve resmi olaraq tedris universiteti statusu alan bu tehsil ocağı bu il telebe qebul etmeyib. Universitetde tehsil alan 90 telebe ise tehsillerini davam etdirmek üçün Tiflisdeki Qorqasali adına universitete keçirilib.

 

Rektor N. Bayramov qeyd edib ki, indi universitet Tiflisde fealiyyet gösteren "Novıy VUZ" adlı ali tehsil ocağı ile birleşib ve hazırda keçmiş universitetin binasında "Avropa Tehsili" adlı merkez yaradılıb.

 

N. Bayramov universitetin bağlanma sebeblerinden de danışıb: "Universitet Gürcüstanın Elm ve Tehsil Nazirliyinde, habele Tehsilin Keyfiyyetli İnkişafının Qiymetlendirilmesinin Milli Merkezinde qeydiyyatdan keçenden sonra sabiq xarici işler naziri Maya Pancikidze ve müdafie naziri İrakli Alasaniya vezifelerinden azad olundular. Maya Pancikidzenin qardaşı Laşa Pancikidze de universitetin status almasında bize kömek etmişdi. Onun qohumları vezifeden uzaqlaşdırıldıqdan sonra bu status elimizden alındı".

 

N. Bayramov universitetle bağlı yaranmış problemi hell etmeye çalışarken deleduzlara rast geldiyini bildirib. O, deleduzların onun 300 min dollardan çox vesaitini menimsediklerini da bildirib.

 

N. Bayramov bildirib ki, hazırda Heyder Eliyev adına Gürcüstan-Azerbaycan Tedris Universitetinin fealiyyetinin davam etdirilmesi üçün Gürcüstan Tehsil Nazirliyine müraciet etmek şansı yaransa da, o bundan yararlanmaq istemir: “Çünki bezi deleduzlar yeniden universitetin işine qarışacaqlar, bu da bize serf etmir. Universitetimiz fealiyyetini dayandırandan sonra Marneulide yuxarıda qeyd etdiyim deleduzların sayesinde MMC nezdinde yeni bir universitet - Heyder Eliyev adına Beynelxalq Universitet yaradılıb. Marneuli xestexanasının birinci mertebesinde kiçik bir otaqda yerleşen bu qondarma universitet status almayıb, lakin onun qebul elanlarına rast gelinir".

 

Xatırladaq ki, Heyder Eliyev adına Gürcüstan-Azerbaycan Tedris Universiteti 2008-ci ilden fealiyyet gösterib. Universitet Gürcüstanda fealiyyet gösteren orta mektebler üçün müellim kadrları, eyni zamanda müxtelif ixtisaslar üzre mütexessisler hazırlayıb. Tehsil ocağında müsabiqeden keçmiş 60-dan çox professor ve müellim çalışıb.


Oxunub 1717 defe