Xəbərlər ::

SİYASƏT :: Prezident: “Bezi qüvveler Azerbaycanı özlerine tabe etmek isteyir”

15-09-2015 17:11

“Bu gün Azerbaycan etibarlı ellerdedir. Heç bir kenar qüvve bizim irademize, müsteqilliyimize tesir ede bilmez. Ne qeder çalışsalar da, bunun heç bir ehemiyyeti yoxdur. Bize qarşı yönelen tezyiqler, tehdidler, hücumlar da müsteqil siyasetimize göredir. Bezi qüvveler isteyirler Azerbaycanı özlerine tabe etsinler ki, biz başqalarının iradesi ile yaşayaq, hereket edek. Bu, mümkün deyil. Çünki bizim uğurlu inkişafımız ancaq müsteqil siyasetdedir”.

 

APA-nın melumatına göre, bu sözleri Azerbaycan prezidenti İlham Eliyev Bakının Sabunçu rayonunda esaslı şekilde yeniden qurulan 148 nömreli tam orta mektebin açılış merasiminde çıxışı zamanı deyib.

 

Dövlet başçısı qeyd edib ki, Azerbaycanın müsteqil siyaseti xalqımızın iradesine, milli deyerlerimize ve maraqlarımıza esaslanır. “Bizim üçün ilk növbede Azerbaycanın maraqlarıdır, Azerbaycan vetendaşlarının tehlükesizliyi, rifahıdır. Görende ki, bu tezyiqler ve şer-böhtan kampaniyaları semere vermir, başqa üsullara el atırlar. Biz buna hazırıq, layiqli cavabımızı veririk ve vereceyik. Ele etmeliyik ki, bizim uğurlu inkişafımıza heç bir kenar qüvve mane olmasın. Eminem ki, bele de olacaq”.

 

Prezident İ. Eliyev qeyd edib ki, bu gün Avropa mekanında yaşanan böhran menevi böhrandır, menevi sarsıntıdır: “Avropa deyerleri demek olar ki, onların beyan etdikleri kimi görünmür, biz bunu görmürük. Ona göre bu gün dünya deyişir, beynelxalq hüquq pozulur, bezi ölkeler ve daireler iç üzlerini açırlar, daha perdelene bilmirler. Ona göre, biz buna hazır olmalıyıq.

 

Görün indi Avropada hansı dehşetli hadiseler baş verir, müharibeden qaçan yazıq insanlara, qaçqınlara hansı işgenceler verirler. Budurmu Avropa deyerleri?! Budurmu uzun iller beyan etdikleri prinsipler?! Bes haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, merhemet, haradadır?! Biz bunu görmürük. Neyi görürük? Edavet, dini, milli zeminde edavet, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik. Budurmu deyerler?! Bezileri bunları bizde de tetbiq etmek isteyirler. Bele deyerler bize lazım deyil. Qoy, özleri üçün qalsın”.


Oxunub 227 defe