Xəbərlər ::

HADİSƏ :: Göygölde 45 yaşlı qadın sirke turşusu içdi

15-09-2015 22:07

Göygölde zeherlenme hadisesi qeyde alınıb. APA-nın qerb bürosunun verdiyi melumata göre, hadise rayonun Yeni Qızılca kendinde qeyde alınıb. Kend sakini  1969-cu il tevellüdlü Ulduz Mehdiyeva sirke turşusu içerek ağır derecede zeherlenib. O, derhal Gence şeher Tecili Tibbi Yardım xestexanasına yerleşdirilib. Veziyyetinin orta ağır olduğu bildirilir. U. Mehdiyevanın hansı meqsedle sirke turşusu içmesi hele ki, melum deyil.

 

 

Faktla bağlı Göygöl rayon Polis Şöbesinde araşdırma aparılır.

 


Oxunub 198 defe