Xəbərlər ::

SİYASƏT :: Sefir: "Avropada müeyyen qüvveler Azerbaycanla münasibetlerin inkişafını istemirler" - MÜSAHİBE

16-09-2015 10:17

Azerbaycanın Belçika Krallığındakı sefiri ve eyni zamanda Avropa İttifaqı yanında nümayendeliyinin rehberi Fuad İsgenderovun APA-ya müsahibesi

 

Avropa Parlamentinde Azerbaycanla bağlı qebul olunan qetname ile bağlı mövqeyiniz necedir?

 

- Önce qeyd etmek isterdim ki, növbedenkenar iclasda Milli Meclis mesele ile bağlı öz mövqeyini çıxışlar ve qerarın qebulu ile ortaya qoyub. Bu seneddeAvropa Parlamentinde baş veren ve Aİ-Azerbaycan parlamentlerarası münasibetlerinde yaranmış veziyyetin herterefli tehlili verilib, onun qerar hissesinde konkret teleb, çağırış ve tövsiyeler öz eksini tapıb. Aİ yanında nümayendeliyin başçısı kimi, men yalnız bir neçe meseleye aydınlıq getire bilerem.

 

Birincisi, Avropa Parlamentinin melum qetnamesi yalnız Azerbaycan üçün deyil, hem de Avropa İttifaqının icraçı qurumları üçün hüquqi ehemiyyet kesb etmir. Sened tövsiye xarakteri daşıyır. Ona göre de hüquqi nöqteyi-nezerden onunAvropa İttifaqının gündelik fealiyyetine heç bir tesiri yoxdur. Avropa İttifaqının icraçı qurumları (Avropa Komissiyası, Aİ-nin Şurası, Xarici Fealiyyet Xidmeti) qetnamenin icrasını planlaşdırmır. Eksine, AP-de dinlemeler zamanı Avropa komissarının çıxışına esasen Aİ Azerbaycanla münasibetleri inkişaf etdirmek niyyetinde olduğunu bildirib.

 

İkincisi, bu qetname Avropa Parlamentinin bütün deputatlarının Azerbaycana olan münasibetini eks etdirmir. Gergin müzakireler zamanı AP-nin aparıcı Avropa Xalq Partiyası fraksiyası (Aİ ölkelerindeki xristian-demokratlar) qetnamenin eleyhine çıxış edib. Semimi desek, bu fraksiya evveller qebul edilmiş anti-Azerbaycan qetnamelerinin müzakiresi zamanı heç vaxt Azerbaycanı desteklemeyib. Lakin bu defe ilkin qetname layihesini ireli süren üç kiçik siyasi qrupdan ferqli olaraq, böyük siyasi tecrübeye malik Avropa Xalq Partiyasının dinlemeler ve sesverme zamanı nümayiş etdirdiyi yetkin mövqe bu qetnamenin qebulu neticesinde Aİ-nin Azerbaycan kimi etibarlı terefdaşını itirmek tehlükesinden ireli gelib.

 

Üçüncüsü, qetnamenin esas teşebbüskarı parlamentin kiçik qruplarından biri olan Yaşıllar / Avropa Azad Alyansı qrupudur. Avropa Azad Alyansının üzvleri Aİ ölkeleri daxilinde separatçı teşkilatların nümayendeleridir. Onlar defelerle Azerbaycanın işğal altındakı erazilerinde olub, orada separatçı rejimin “resmileri” ile görüşler keçiribler. Avropa Azad Alyansı 17 aprel 2015 tarixinde “Artsax Demokratik Partiyası” adlanan qondarma teşkilatı özünün üzvlüyüne qebul edib.

 

- Çox az sayda olan ermeniperest qrupların fealiyyeti neticesinde qetnamenin qebulu onu demeye esas verirmi ki, Avropa Parlamentiermeniperest teşkilatdır?

 

- Bele deyek: Avropa Parlamentinde bele qüvvelerin fealiyyeti üçün geniş imkanlar mövcuddur. Söhbet yalnız anti-Azerbaycan mahiyyetli qetnamelerden getmir. Azerbaycan terefinin keskin etirazlarına baxmayaraq, müvafiq deputatların devetine esasen 2013-14-cü illerde Bako Saakyan, Elekrem Hümmetov (iki defe) ve vetenimizin şimalında separatçılıq meylleri yaratmağa çalışan ünsürler (iki defe) AP-de keçirilmiş tedbirlerde iştirak ve hetta çıxışlar edibler.

 

- Qetnamede Aİ-ye Azerbaycanla “Şerq terefdaşlığı” çerçivesinde emekdaşlığa yeniden baxmaq ve maliyyeleşdirmeni kesmek tövsiye edilir. Bu, ne derecede realdır? 

 

- Bir daha qeyd etmek isterdim ki, Avropa Parlamentinde qebul edilen sened ne Azerbaycan, ne de Aİ-nin Azerbaycanla emekdaşlıq eden icra qurumları üçün hüquqi öhdelikler daşımır. En esas meqam ise ondan ibaretdir ki, Azerbaycanın Aİ ile “Şerq Terefdaşlığı” proqramında iştirakı barede qerarı yalnız Azerbaycan terefi vere biler. Heç kesin buna şübhesi olmasın. Bu meselede son söz Azerbaycana aiddir.

 

Azerbaycan yegane şerq terefdaşı ölkesidir ki, Aİ-ye öz sermayeleri, öz genişmiqyaslı layiheleri ile gedir. “Şerq terefdaşlığı”nda iştirakından ve Aİ terefinden asılı olmayaraq, Azerbaycan özünü temin eden dövlet kimi çıxış edir ve hetta diger, o cümleden bir sıra Aİ dövletlerine öz kömeyini esirgemir. Qetnamede eks olunmuş bu “hedeler” Aİ-nin özü üçün heç bir pozitiv netice vermeyen tekliflerdir. Bunu Aİ icraçı qurumları da yaxşı bilir. Men, Avropa Komissiyası, Xarici Fealiyyet Xidmeti terefinden Azerbaycana aid her hansı menfi deyişikliklerin heyata keçirileceyini gözlemirem. Eksine, Milli Meclisin qerarından sonra Aİ institutları ciddi tedbirler görmelidirler ki, Azerbaycan terefinin ittifaqla evveller olmuş münasibetlerini tam berpa ederek ölkemizin terefdaş kimi qoruyub saxlanmasına, bizimle herterefli (parlamentler daxil olmaqla) siyasi dialoqun yeniden başlanmasına nail olunsun.

 

- Bele çıxır ki, AP Azerbaycana dair her hansı obyektiv münasibet bildirmeyib?

 

Avropa Parlamentinin evvelki terkibde 23 oktyabr 2013-cü il tarixinde qebul etdiyi qetnamede Azerbaycanın erazi bütövlüyü, ermeni işğalçılarının  Azerbaycan erazisinden çıxarılması, BMT-nin 4 qetnamesine tam destek ve bir “Şerq terefdaşlığı” dövletinin digerinin erazisini işğal etmesinin qebuledilmez olmasına dair xüsusi madde eks olunub. Bu, Avropa Parlamentinin bütün sonrakı qetnamelerinde de öz eksini tapıb. Lakin mehz buna cavab olaraq ermeni lobbisi ile elaqeli qüvveler münaqişenin helli ile bağlı mövqelerimizi zeifletmek üçün AP-de müntezem olaraq Azerbaycanı insan haqlarını pozan bir ölke kimi teqdim etmeye çalışırlar. Hazırkı AP terkibinde bele qüvvelerin sayı bir qeder çoxalsa da, sonuncu qebul edilmiş qetnamelerde Azerbaycanın erazi bütövlüyü böyük ses çoxluğu ile 2015-ci ilde bir daha tesdiqlenib. Bundan hiddetlenmiş adını çekdiyim qruplar Azerbaycanda “demokratiya problemi”ni yeniden gündeme getirmekle meselenin şişirdilmesine, onun plenar iclasda tecili dinlemelerle müzakireye çıxarılmasına ve sesvermeye qoyulmasına nail olublar. Reallıq ondan ibaretdir ki, heç kes, beynelxalq hüquq normalarının tetbiqinin qarşısını süni şişirdilmiş mövzunun müzakiresi ile ala bilmez.

 

Bele bir veziyyetde Aİ-Azerbaycan münasibetlerinin geleceyini nece görürsünüz?

 

- Hazırkı veziyyetde Avropada müeyyen qüvveler var ki, Azerbaycanla münasibetlerin inkişafını istemirler. Tesevvür edin ki, ölkemizin ticaret dövriyyesinin 50 faizinden çoxu Aİ üzv dövletlerinin payına düşür, xarici sermayenin texminen 50 faizi Avropa İttifaqından gelir. Azerbaycan 50 milyard dollarlıq Cenub Qaz Dehlizi layihesi ile Avropa mekanına gedir. İqtisadi cehetden bele güclü emekdaşlığa malik olan dövleti elbette ki, bezi xarici qüvveler müeyyen siyasi texnologiyalar vasitesile gözden salmağa çalışırlar. Bunu hem AP qetnameleri, hem müeyyen diger meselelerle bağlı şerhlerle etmeye sey gösterirler. AP-nin bu  qetnamesi birinci qetname deyil. Azerbaycana qarşı keçenilki AP qetnamesi 17 sentyabr, yeni Cenubi Qaz Dehlizinin tenteneli temelqoyma merasiminden 1 gün önce qebul edilib. Avropa Parlamentinde bu il teşkil olunmuş ilk anti-Azerbaycan dinlemeleri 12 iyun, yeni Avropa Oyunlarının açılış gününde baş verib. Bunları tesadüf adlandırmaq olar?

 

- Qetnamede islamofobiya meylleri özünü ne derecede gösterir? Avropada islamofobiya varmı?

 

- Avropada islamofobiya meylleri bu gün, yaxud bu il başlamayıb. Bu proses çoxdan cereyan edir. Men Avropada artıq 8 ildir ki, fealiyyet gösterirem. Niderlandda sefir işleyerken, qatı anti-İslam, dinimizi, milletleri tehqir eden irqçi partiya kifayet qeder ses toplayaraq Hollandiya hökumetinde temsil olundu. Bu gün onların rehber ve temsilçileri Avropa Parlamentinde temsil olunurlar. Bu cür meyller Aİ-nin bir sıra dövletlerinde artıq müşahide olunmaqdadır – haradasa Niderlandda olduğu kimi, siyasi zeminde, diger yerlerde ekstremist ve kriminal formada. Hazırkı “qaçqınlar böhranı” bu problemi artıq qabarıq şekilde beynelxalq ictimaiyyete nümayiş etdirdi.

Bu gün Aİ ölkelerinin hökumetlerinde eşidirik ki, onlar yalnız xristian qaçqınları qebul ede bilerler. Tesevvür edin, aparteidin leğv olunmasından 25 il sonra Avropada selektiv yanaşma müşahide edilir. Bu, islamofobiyadır ya yox? Bu o demek deyil ki, Aİ islam dünyasından gelen qaçqınlara yardım etmir, kömeklik göstermir. Lakin “qaçqın böhranı” Avropada keskin diskussiyalara sebeb olub. Bu prosesler avropalılarda hem ürek yanğısı, humanizm, hem de narahatlıq, qorxu ve hetta nifret hissleri yaradır. Özlerini daim türk ve islam dünyasının qurbanı kimi qeleme veren işğalçı qonşularımız bu veziyyetden istifade ederek, Aİ institutlarının ictimai reyini Azerbaycanın Avropa sivilizasiyasına, Avropa deyerlerine mexsus olmadığına yöneltmeye çalışırlar. Avropa Parlamentinin son qetnamesi sözsüz ki, bu meqsedler üçün de istifade oluna biler. Halbuki, multikulturalizmi, dünyeviliyi, tolerantlığı, dini ve medeniyyetlerarası dialoqu en yüksek seviyyede temin eden Azerbaycanın tecrübesinin öyrenib tetbiq edilmesi Avropa üçün mehz bu gün böyük ehemiyyet kesb ede bilerdi.

 

Avropa İttifaqını Azerbaycanın xilaskarı kimi teqdim eden fikirlere münasibetiniz necedir? 

 

- Azerbaycan heç vaxt heç kese xilas etme ile bağlı müraciet etmeyib. Azerbaycan bütün terefdaşları ile, Ermenistan istisna olmaqla, qonşuları ile, beynelxalq teşkilatlarla, Aİ, onun institutları, üzv ölkeleri ile beraberhüquqlu münasibetler yaratmağa çalışıb. Azerbaycan Aİ ölkelerine yalnız enerji tehlükesizliyi meselesinde deyil, terrorçuluq, qeyri-qanuni miqrasiya, ekstremizm, müteşekkil cinayetkarlıqla mübarizede ciddi destek gösterir. Bele bir veziyyetde, Aİ-nin daxilinde mürekkeb böhran prosesleri getdiyi bir vaxtda, miqrantlarla bağla durumun humanitar facie seviyyesine çatdığı bir halda, fikrimce, Aİ sınaqdan keçmiş dostları qoruyub saxlamalıdır. Özü de yaxın qonşuluğunda. Azerbaycan Aİ ölkelerinin etibarlı terefdaşı kimi artıq sınaqdan keçib. Bu nöqteyi-nezerden Avropa özü tehlükeli veziyyetde qaldığı bir vaxtda AP terefinden qebul edilmiş qetname ne derecede Aİ-nin maraqlarına xidmet edir? Fikrimce, bunun arxasında Avropanın özünün eleyhine olan qüvveler durur. Aİ terefden Azerbaycanın itirilmesi, onunla münasibetlerinin pozulması ehtimalı birinci növbede Aİ-nin öz marağında deyil. Bu reallığı Aİ-de, xüsusen de onun komissiyalarında, xarici elaqeler xidmetinde anlayan adamların sayı çoxdur. AP-de bunu destekleyenler de az deyil. Aİ-nin Azerbaycanla münasibetlerinin inkişafına marağı artmaqdadır ve bu proses yalnız iqtisadi elaqeler deyil, hem de siyasi dialoq vasitesi ile heyata keçirile biler. Lakin, hazırda parlamentlerarası dialoq teessüf ki, AP terefinden yalnız tenqidedici monoloqa çevrilib. Bu yanaşmanı biz heç zaman qebul etmeyeceyik. Avropa Parlamenti Azerbaycanla konstruktiv siyasi dialoq isteyini konkret emellerle nümayiş etdireceyi halda, Azerbaycan Aİ ile, Aİ-nin bütün institutları ile yalnız ve yalnız beraberhüquqlu elaqelere zemin yaradan münasibetleri berpa ve inkişaf etdirmeye hazır ola biler.

 


Oxunub 375 defe