Xəbərlər ::

HADİSƏ :: Şeki, Qax ve Zaqatalaya dolu düşüb

16-09-2015 10:49

Bu gece Azerbaycanın şimal-qerb bölgesinde güclü leysan ve dolu yağıb.

 

APA-nın Şeki-Zaqatala bürosunun melumatına göre, avqustun 15-den 16-a keçen gece bölgede qeyri-sabit hava şeraiti hökm sürüb, Şeki, Qax ve Zaqatala rayonlarında güclü külek esib, qısamüddetli leysan ve dolu müşahide olunub.

 

Zaqatala rayon İcra Hakimiyyetinden APA-nın yerli bürosuna verilen melumata göre, rayonun Gözbarax, Çobankol, Mamrux ve bir sıra yaşayış menteqelerine dolu düşüb. Neticede teserrüfatlara ciddi ziyan deyib. Güclü külek neticesinde rayonun bir sıra kendlerinde ağaclar qırılıb. Neticede bir sıra yaşayış menteqelerinde elektrik verilişinde fasile yaranıb.

 

Qax rayon sakinlerinin APA-nın yerli bürosuna verdiyi melumata göre, güclü külek neticesinde Qax-Qorağan ve Qax-Tasmalı avtomobil yollarının kenarında 50-den çox ağac aşıb. Neticede Qaxın bir sıra kendlerine elektrik enerjisinin verilişi dayandırılıb.

 

Şeki şeher İcra Hakimiyyetinden APA-ya bildirilib ki, güclü külek neticesinde rayonun bir sıra erazilerinde ağacların aşması neticesinde elektrik xetleri qırılıb, bir neçe evin dam örtüyü külek aparıb. Şeher erazisine düşen yağış neticesinde yaşayış evlerinin zirzemisini su basıb. Rayonun Baş Keldek ve bir neçe kendine qısa müddetli dolu düşüb ve neticede teserrüfatlara ziyan deyib.

 

Hazırda her üç rayonun Fövqelade Hallar Komissiyasının üzvleri rayonlara deymiş ziyanın miqdarını hesablayır ve baş vermiş fesadların aradan qaldırılması istiqametinde iş aparılır.


Oxunub 288 defe