Xəbərlər ::

SİYASƏT :: Sabir Rüstemxanlı: “Müxalifetin müeyyen qanadları sanksiya tetbiq olunmasını arzu edir”

16-09-2015 11:58

“Avropanın bizi istemeyen qüvvelerinin deyirmanına su tökmek lazım deyil”.

 

Bunu APA-ya açıqlamasında Vetendaş Hemreyliyi Partiyasının (VHP) sedri, millet vekili Sabir Rüstemxanlı deyib.

 

S. Rüstemxanlı Milli Şuranın Azerbaycanda keçirilecek parlament seçkilerinde iştirakdan imtina etmesi haqqında qerara münasibet bildirerek, bunun düzgün yol olmadığını ve özünü doğrultmayacağını bildirib: “Azerbaycanda boykotun mexanizmi yoxdur ve özünü doğrultmur. Müxalifet düşergesinden diger partiyalar seçkiye gedirse, boykot bunu eden qüvvelerin özüne qarşı çevrilir, tecridle neticelenir. Bununla yanaşı, men Milli Şuranın qerarlarına hörmetle yanaşıram. Çünki her qurum öz qerarında serbestdir”.

 

S. Rüstemxanlı Avropa Parlamentinde Azerbaycanın eleyhine qebul edilen qetnameye de münasibetini açıqlayaraq bildirib ki, Azerbaycanın terefinde dayanmayan, eksine, ölkeye tezyiq gösteren qüvvelerin mövqeyini daxilde de müdafie edenler var: “Avropa Parlamentinin Azerbaycan eleyhine qetname qebul etmesine nece sevinmek olar? Müxalifetin müeyyen qanadları Azerbaycana sanksiya tetbiq olunmasını arzu edir. Bu, xeste psixologiya, anti-milli düşüncedir. Hesab edirem ki, indiki prosesde bunları nezere alaraq, sabitliyin qorunması, normal seçkilerin keçirilmesi, dialoqun qurulması, hakimiyyet-müxalifet münasibetlerinin sabitleşmesine çalışmaq lazımdır. Ölkenin, xalqın taleyi ortaya qoyulanda ister-istemez hamı bir olacaq ve kenarda dayananlar qınanacaq. Ona göre de hesab edirem ki, Avropanın, bizi istemeyen qüvvelerin deyirmanına su tökmek lazım deyil. Azerbaycanın möhkemlenmesine, seçkilerin normal keçmesine çalışmaq lazımdır ve elbette ki, bu istek müxalifetle yanaşı, iqtidarda da olmalıdır”. 


Oxunub 333 defe