Xəbərlər ::

MƏDƏNİYYƏT :: Ebülfes Qarayev “Azdrama”da baş verenlere münasibet bildirdi

16-09-2015 15:44

 

"Azerbaycan teatrı dövlet qayğısı ile ehate olunub. 100-e yaxın teatr xadimine fexri adlar, mükafatlar verilib. Teatr sahesinde islahatlar heyata keçirilir. Azerbaycan teatrı kiminse xoşuna gelib-gelmesinden asılı olmayaraq, özünün fealiyyetini davam etdirecek"

 

Payiz.Az-ın "Report"a istinaden xeberine göre, bunu medeniyyet ve turizm naziri Ebülfes Qarayev deyib.

 

Nazir "Azerbaycan teatrı 2009-2019-cu illerde" Dövlet Proqramının heyata keçirilmesi ile teatrın yeni inkişaf dövrüne qedem qoyduğunu deyib. Onun sözlerine göre, bu dövr erzinde Azerbaycan teatrı özünün evvel başladığı islahatları uğurla heyata keçirir: "Akademik Milli Dram Teatrının heyatında ve fealiyyetinde islahatlar nezerde tutulmuşdu ve islahatların davamı heyata keçirilir. Teatrın heyatında öten beş il erzinde bir sıra islahatlar heyata keçirilib. Teatrın baş rejissoru olmadan Akademik Milli Dram Teatrında 17 rejissor tamaşa hazırlayıb. Bu dövr arxada qaldı. İslahatlar neticesinde Akademik Milli Dram Teatrına yeni bedii rehber ve baş rejissor, Azerbaycan Teatr Xadimleri İttifaqının sedri, emekdar incesenet xadimi, xalq artisti, görkemli teatr xadimi Azerpaşa Nemet menim serencamımla bu vezifeye teyin edilib. Başlanılan işler uğurla ve ardıcıl olaraq davam etdirilecek. Aydın meseledir ki, bundan kiminse xoşu gelecek, bir başqasının xoşu gelmeyecek. Kimse bunu asanlıqla qebul edecek, bir başqası qebul etmeye çetinlik çekecek. Azerbaycan teatrı kimlerinse xoşuna gelib-gelmemekden asılı olmayaraq öz fealiyyetini davam etdirecek".

 


Oxunub 299 defe