Xəbərlər ::

SİYASƏT :: Sabir Rüstemxanlı yeniden deputatlığa namized oldu - RESMİ

17-09-2015 15:48

Vetendaş Hemreyliyi Partiyasının sedri Sabir Rüstemxanlı noyabrın 1-de keçirilecek parlament seçkilerine namizedliyini ireli sürüb.

 

72 saylı Yardımlı-Masallı Seçki Dairesinden Payiz.Az-a verilen melumata göre, partiya sedrinin senedleri artıq DSK-ya teqdim olunub. DSK-dan bildirilib ki, S.Rüstemxanlının senedleri teqdim olunsa da, namizedliyi hele tesdiq olunmayıb.

 

Qeyd edek ki, S.Rüstemxanlı parlament seçkilerinde namized olub-olmayacağı ile bağlı açıqlamasında bildirmişdi ki, heyat yoldaşı Tenzile Rüstemxanlı ile razılaşandan sonra namizedliyini ireli sürmeyi düşünür: "Men deputatlığa namizedliyimi ireli sürmeyi düşünürem. Azerbaycanda bele bir enene yaranıb ki, guya er-arvad, yeni, bir evden iki nefer Milli Meclise seçile bilmez. Buna göre de, yeqin ki, Tenzile Rüstemxanlı hemişe olduğu kimi sonuncu qerarında da mene güzeşte gedecek. Keçen defe de buna benzer bir şey olmuşdu, sonda Tenzile xanım mene güzeşte getdi. Düşünürem ki, bu defe de eyni veziyyetdir”.

 

Xatırladaq ki, S. Rüstemxanlının heyat yoldaşı, “Azeri-Türk” Qadınlar Birliyinin sedri Tenzile Rüstemxanlı APA-ya deputatlığa namized olacağını açıqlayaraq, bu meselede S. Rüstemxanlı ile razılaşdığını bildirib.

 


Oxunub 260 defe