Xəbərlər ::

SOSİAL :: Müellimler İnstitutunun bağlanan Sumqayıt filialının taleyine aydınlıq getirildi - RESMİ

27-07-2015 15:11

 

 

 

“Müellimler İnstitutunun Sumqayıt filialının maddi-texniki bazası, professor-müellim, kömekçi ve telebe heyeti, eyni zamanda hazırda orada mövcud olan kadr hazırlığı üzre ixtisaslarla birlikde Sumqayıt Dövlet Universitetinin balansına verilir. Bu ise o demekdir ki, balansa köçürülme zamanı müellimler de, telebeler de, kömekçi heyet de bütövlükde ora keçirilecek. Bu meselede heç bir narahatlığa esas yoxdur”.

 

Bunu Bunu APA-ya Tehsil Nazirliyinin elm ve ali tehsil şöbesinin sektor müdiri Sülheddin Gözelov deyib.

 

S. Gözelov bildirib ki, işden uzaqlaşdırılma ile bağlı seslenen fikirlerin heç bir esası yoxdur: “Bu bir filialın daha böyük ali tehsil müessisesinin terkibine verilmesidir. Bu zaman telebeler ve müellimler üçün de bir sıra üstünlükler yaranır. Bu üstünlükler ondan ibaretdir ki, telebeler diplom alanda dövlet universitetinin diplomunu alacaq. Tebii ki, dövlet universitetinin maliyye imkanları daha yüksekdir. Bu da özünü müellimlerin emek haqqında gösterecek.

 

İxtisaslar da saxlanılır. Olmayan ixtisaslara ise 2015-2016 tedris il üçün telebe qebulu olub. Növbeti illerde hemin ixtisaslar üzre telebe qebulu davam etdirilecek. Yeni burada ixtisasların bağlamasından söhbet getmir. Bele olan halda hemin ixtisasların yuxarı kurslarında tehsil alan telebeler narahat olmasınlar. Çünki tehsil aldıqları halda yarana bilecek akademik borcların aradan qaldırılması üçün alt qruplara müraciet edib öz akademik borclarını leğv edecekler”.

 

S. Gözelov qeyd edib ki, Azerbaycan Müellimler İnstitutunun Mingeçevir, Salyan ve Sumqayıt filiallarının leğv edilmesi 2013-cü ilde prezident İlham Eliyevin serencamı ile tesdiq olunmuş “Azerbaycan Respublikasında Tehsilin İnkişafı üzre Dövlet Strategiyasının” tedbirler planına uyğundur: “Bu, Azerbaycanda tehsilin daha da tekmilleşdirilmesi ile bağlıdır. Eyni zamanda, meqsed ali tehsilin keyfiyyetini yükseltmekden ibaretdir”.

 

Qeyd edek ki, iyulun 24-de prezident İlham Eliyev Müellimler İnstitutunun Mingeçevir, Salyan ve Sumqayıt filialları leğv edilmesi barede serencam imzalayıb.


Oxunub 496 defe